Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çarodey
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Caridea
Əsl krevetlər (lat. Caridea) — pleosimatlar yarımdəstəsinə aid heyvan infradəstəsi. == Biomorfologiyası == Krevetlər fəal hərəkətlərdən tutmuş tənəffüsə qədər müxtəlif funksiyaları yerinə yetirən çoxsaylı ətraflarla fərqlənən, kifayət qədər mürəkkəb bədən quruluşlu xərçənglərdir. Krevetlərin bədəni baş-döşdən və qarın hissədən ibarətdir. Baş-döşdə faset gözlər, antenalar da daxil olmaqla çoxlu ətraflar və gəzmə ayaqları yerləşmişdir. Gözlər saplaqlı olub müxtəlif istiqamətlərə dönə bilir və geniş görmə sahəsini təmin edir. Bığcıq antenalar qoxu, lamisə və kimyəvi hiss funksiyalarını yerinə yetirir. Müvazinət orqanı statositlər bığcıqların əsasında yerləşir. Bu xərçənglərdə 3 ön döş seqmenti başla birləşmişdir, növbəti 5 cüt arxa ayaqlar yerdəyişməyə xidmət edir. Birinci 2 cüt gəzmə ayaqları qısqaclıdır.
Faradey (dəqiqləşdirmə)
Faradey sözü aşağıdakı mənaları verir: Faradey sabiti — Fizika və kimyada bir mol elektronun malik olduğu elektrik yükü. Maykl Faradey — İngilis fizika və kimya alimi. Faradey qəfəsi — Daxilindəkiləri xaricdəki elektrik hadisələrindən mühafizə edən bir qəfəsdir.
Faradey effekti
1845-ci ildə Faradey bir çox materialın maqnit sahəsindən zəif bir itkiyə məruz qaldığını kəşf etdi: bu fenomeni diamaqnetizm adlandırdı. Diamaqnetizm - bəzi materialların (diamaqnetiklər) maqnitləşdirici sahəyə qarşı maqnitləşmə xassəsi. Diamaqnetiklərə inert qazlar, bir sıra metal (bismut, qallium, mis) və bir çox üzvi birləşmələr aiddir. Minerallardan kvars, daş duz, çöl şpatı, qrafit və b. diamaqnit xassəlidir. Faradey həmçinin kəşf etdi ki, xətti qütblü işığın qütbləşmə müstəvisi işığın hərəkət etdiyi istiqamətə uyğun xarici bir maqnit sahəsinin tətbiqi ilə döndürülə bilər. 1846-cı ildə Faradey optik və elektromaqnit hadisələr arasındakı əlaqənin varlığını isbat etmişdir. O, müşahidə edir ki, optik fəal olmayan maddələr maqnit sahəsinin təsiri ilə polyarlaşma müstəvisini fırlatma qabiliyyəti əldə edir. İndi buna Faradey effekti deyilir.
Faradey qəfəsi
Faraday qəfəsi və ya Faraday qalxanı, elektromaqnit sahələrini bloklamaq üçün istifadə olunan bir korpusdur. == Tarix == == Nümunələr == == Həmçinin bax == == Qalereya == == İstinadlar == == Xarici linklər == Faraday Cage Protects from 100,000 V :: Physikshow Uni Bonn Notes from physics lecture on Faraday cages from Michigan State University Top Gear's Richard Hammond is protected from 600,000 V by a car (a Faraday Cage).
Faradey sabiti
Faraday sabiti fizika və kimyada, bir mol elektronun malik olduğu elektrik yükü olaraq tanınır. Bu ad, İngilis elm adamı Michael Faradayın adına ithaf edilərək verilmişdir. Elektrolit sistemlərdə, elektrot səthində cəmlənmiş kimyəvi maddə miqdarını müəyyənləşdirmək üçün istifadə olunur. Nişanı F olub; F = N A ⋅ q = 96485 C / m o l {\displaystyle F=N_{A}\cdot q=96485\quad C/mol} , düsturundakı bərəbərlik ilə ifadə edilə bilər. Bu bərabərlikdə NA Avoqadro sabiti (təxminən 6.02 x 1023 mole−1) və q da, bir elektronun yükünün böyüklüyüdür (elektron başına təxminən 1.602 x 10−19 Coulomb). F-in qiyməti birinci olaraq, müəyyən bir müddət ərzində müəyyən bir cərəyanın keçdiyi elektrokimyəvi reaksiyada cəmləşən gümüşün çəkisinə görə müəyyən edilmişdir. Bu qiymət Avoqadro sabitini hesablamaq üçün istifadə edilmişdir. F və dolayı yol ilə NA-nı daha dəqiq formada müəyyən etməyə yönəldilmiş elmi tədqiqatlar hal-hazırda da davam etdirilir.
Maykl Faradey
Maykl Faradey (22 sentyabr 1791[…], Nyuinqton-Batts[d] – 25 avqust 1867[…], London) — ingilis fiziki və kimyaçısı. Maykl Faradey elektromaqnetizm və elektrokimyanın öyrənilməsinə töhfə verən ingilis alimi. Onun əsas kəşfləri arasında elektromaqnit induksiyası, diamaqnetizm və elektroliz kimi əsasını qoyduğu prinsiplər var. Faradey güclü təhsil almasa da, tarixin ən nüfuzlu elm adamlarından biri idi. Faradeyin fizikada elektromaqnit sahəsi anlayışının əsasını qoyduğunu birbaşa cərəyan keçirən bir naqilin ətrafındakı maqnetik sahədəki araşdırmasıyla əlaqələndirdi. Faradey, həmçinin maqnitin işıq şüalarına təsir göstərə biləcəyini və iki hadisə arasında əsas əlaqənin olduğunu təsbit etdi. Eyni şəkildə elektromaqnit induksiyası və diamaqnetizm prinsiplərini və elektroliz qanunlarını kəşf etdi. Onun elektromaqnitli fırlanan cihazların ixtiraları elektrik mühərrikinin əsasını qoydu və bu səylərin nəticəsində elektriyin texnologiyada istifadəsi əlverişli hala gəldi. Faradey bir kimyaçı olaraq benzolu kəşf etdi, xlorun klatrat hidratını araşdırdı, Bunsen yanarının erkən formasını və oksidləşmə nömrələri sistemini icad etdi və "anod", "katod", "elektrod" və "ion" kimi populyar terminləri tapdı. Faradey həyatı boyunca Kral İnstitutunda ilk və ən öncül Fullerian Kimya professoru vəzifəsini tutdu.
Çaroda rayonu
Çaroda rayonu (avar. ЧӀарада мухъ) – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. Rayonun sahəsi 1.010 km², inzibati mərkəzi Çurib kəndidir. Rayonun əhalisi 14. 052 nəfərdir (2021-ci il). Çaroda, əhalisinin 98%'i Avarlardan ibarət olan mono-etnik Avar rayonudur.
Carden-Loyd Mk VI
Carden-Loyd Mk VI tanketkası, Vickers-Armstronq şirkəti tərəfindən hazırlanmış Böyük Britaniya istehsalı olan tanketkadır. Tanketka dünya miqyasında klassik tanketka dizaynına çevrilmiş, bir neçə ölkə tərəfindən lisenziya əsasında istehsal edilmiş və bir neçə fərqli ölkədə istehsal olunmuş olan bir neçə fərqli dizaynın əsasını təşkil etmişdir. Transmissiya sistemi T modelli iki irəli transmissiyası, asqı sistemi Boji sistemi, əməliyyat mənzili 160 km, maksimum sürəti isə 48 km təşkil etmişdir.