Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Planitsa
Planitsa (Slovencə tələffüz: [plaˈnìːtsa]) — Sloveniyanın şimal-qərbində, Rateke sərhəd kəndindən cənuba uzanan Alp vadisidir. Daha cənubda, dərə Triqlav Milli Parkında populyar bir gəzinti yeri olan Tamar Vadisinə qədər uzanır. Planica xizəklə atlayış ilə məşhurdur. İlk belə təpə 1930-cu ildən əvvəl Ponca dağının yamacında qurulub. 1933-cü ildə İvan Rozman xizəklə atlayış idman növünü yaradan Stanko Bloudekin şərəfinə "Bloudek nəhəngi" adlanan daha böyük bir təpə tikdi. 100 metrdən yuxarı ilk xizək atlamasına burada, 1936-cı ildə Avstriyalı Sepp Bradl nail oldu. O dövrdə bu vadi dünyanın ən böyük atlayış təpəsi idi.
Zvinitsa
Şahzadə Zvinitsa (814 – 831) — Bulqar şahzadəsi. Qardaşı Enravotanın xristian olmasından sonra vəliəhd olmuşdu. Lakin xəstələnib öldüyünə görə vəliəhdlik kiçik qardaşı Malamirə keçdi.
Vanitas
Vanitas (lat. vanitas, hərfi mənada — "fanilik, məğrurluq") — ənənəvi olaraq kompozisiya mərkəzinin insanın kəlləsi olduğu Barokko dövrü rəssamlığının alleqorik Natürmort janrı. Belə rəsmlər, natürmortun inkaşafının ilkin mərhələsi olub həyatın çox qısa olduğunu, həzzin faniliyini və ölümün labüdlüyünü xatırlatmaq üçün nəzərdə tutulurdu. Əsasən XVI и XVII əsrlərdə daha çox Flandiriyada və Niderlandiyada geniş vüsət almışdır. Janrı ayrı-ayrı nümunələrinə Fransa və İspaniyada da rast gəlinir. Termin Bibliyadaki (Şablon:Bibliya) Vanitas vanitatum et omnia vanitas ("Faniliyin faniliyi, dedi Ekklesiast, faniliyin faniliyi, — hər şey fanidir!"). Tablolarda rast gəlinən simvollar insan həyatının fani və həzzlərin və nailiyyətlərin keçici olduğunu xatırlatmaq məqsədi güdürdü: Kəllə — Ölümün qacılmaz olduğunu xatırladır. Portretin hər-hansı br insanın yalnız əksi olduğu anologiyası ilə kəllə də həmçinin nə zamnsa diri başın formasıdır. Tamaşaçı onu "əks" kimi qəbul etməlidir, o daha dəqiq insan həyatının fani olduğunu simvolizə edir. Çürük meyvələr — qocalmann rəmzidir.
Ravanitsa monastırı
Ravanitsa monastırı (serb. Манастир Раваница) ― Mərkəzi Serbiyada Serb Pravoslav monastırı. Monastır 1375–1377-ci illərdə Lazar Xrebelyanoviçin ianəsi ilə inşa edilib və onun qəbri burada yerləşir. Ravanitsa kilsəsi memarlıq və bədii xüsusiyyətlərinə görə yeni bədii hərəkatın doğulduğu yer adlanır. Ravanitsa monastırı 1979-cu ildə "müstəsna əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. Şahzadə Lazar Kosovo döyüşündəki ölümündən sonra 1375–1377-ci illər arasında inşa edilmiş Ravanitsa monastırında dəfn edilmişdir. Monastır o vaxtdan bəri ziyarət məkanı olmaqla birlikdə, mədəni fəaliyyət və Serbiya xalq məclislərinin mərkəzi olmuşdur. Tikili 1386, 1398 və 1436-cı illərdə Osmanlı türkləri tərəfindən bir neçə dəfə hücuma məruz qaldı və zərər gördü. Vyananın ikinci mühasirəsindən sonrakı böyük müharibədə bir çox rahib öldürüldü. 1690-cı ildə sağ qalmış rahiblər Şahzadə Lazarın qalıqlarını da götürüb ərazini tərk etdilər.