Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atamın çemodanı (Nobel nitqi)
Atamın çemodanı — Orxan Pamukun 2006-cı ildə Nobel Mükafatı Mərasimindəki çıxışının və 2007-ci ildə İletişim Yayınları tərəfindən nəşr olunan kitabçasının adı. Kitabçada Orxan Pamukun 2006-cı ilin dekabrında Stokholmda Ədəbiyyat üzrə Nobel Mükafatını almadan əvvəl etdiyi “Atamın çamadanı” adlı çıxışının tam mətni yer alıb. Həmçinin onun Oklahoma Puterbo Universitetində konfransda "Özüdə Müəllif" adlı çıxışı, eyni zamanda Alman Nəşriyyatçılar Assosiasiyasının Sülh Mükafatını alarkən "Qars və Frankfurtda" adlı çıxışlarının mətnləri də daxildir. Kitabçanın sonunda, həmçinin Ədəbiyyat üzrə Nobel Mükafatı və Alman Nəşriyyatçılar Assosiasiyasının Sülh Mükafatı laureatlarının, Oklahoma Puterbo Universitetində Konfransın Fəxri Qonaqlarının siyahısı verilmişdir.