Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey Çerenkeviç
Redaktə Sergey Çerenkeviç (rus. Сергей Николаевич Черенкевич, d: 20.07.1942, Brest dairəsi) — Sovet və Belorus biofiziki. Belorusiya Milli Elmlər Akademiyasının akademiki (2009), biologiya elmləri doktoru (1989), professor (1990).
Pavel Çerenkov
Pavel Çerenkov (rus. Па́вел Алексе́евич Черенко́в; 28 iyul 1904[…], Novaya Çiqla[d], Voronej quberniyası[d], Rusiya imperiyası – 6 yanvar 1990[…], Moskva) – 1958-ci ildə İlya Frank və İqor Tamm ilə "Çerenkov effektini kəşf və şərh etdiklərinə görə" Fizika üzrə Nobel mükafatını bölüşmüş Sovet fiziki. Pavel Alekseyeviç Çerenkov 28 iyul 1904-cü ildə Rusiyanın Voronej vilayətində anadan olub. 1928-ci ildə Voronej Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirib. 1930-cu ildə Rusiya Elmlər Akademiyasındaki Lebedev adına Fizika İnstitutunda böyük elmi işçi vəzifəsinə başlayıb. Sonra bölmə rəhbəri vəzifəsinə gətirilib və 1940-cı ildə Fizika-Riyaziyyat Elmləri Doktoru dərəcəsinə layiq görülüb. 1953-cü ildə Eksperimental Fizika professoru olub. 1959-cu ildən başlayaraq institutun foto-mezon prosesləri laboratoriyasına rəhbərlik edib. On dörd il boyunca ali təhsil müəssisələrində dərs vermişdir. 1934-cü ildə S. İ. Vavilovun rəhbərliyi altında işləyərkən radioaktiv bombardmana məruz qalan bir şüşə sudan mavi işıq yayıldığını müşahidə etdi.