Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktor Çernomırdin
Viktor Çernomırdin (rus. Виктор Степанович Черномырдин; 9 aprel 1938 - 3 noyabr 2010) — Rusiya siyasətçisi, Rusiyanın baş naziri (1992-1998), bu ölkənin Ukraynadakı səfiri (2001-2009). == Həyatı == 1992-ci ilin mayından 1998-ci ilə qədər Rusiya Federasiyasının baş naziri olmuşdur, 2001-ci ildən 2009-cu ilədək Rusiyanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri olub. Lissabon sammitində Rusiya Federasiyası nümayəndə heyətinin rəhbəri olmuşdur. O, ömrünün son vaxtlarında Rusiya prezidentinin MDB-də iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərib. 3 noyabr 2010-cu ildə Moskvada vəfat edib.