Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çeptsa çayı
Çeptsa — Rusiya Federasiyasının Udmurt Respublikasında, Perm diyarı və Kirov vilayətində çay. == Haqqında == Vyatkanın (Volqa hövzəsi) sol qolu. Uzunluğu 501 km, hövzəsinin sahəsi 20,4 min km2 . Yuxarı Kama yüksəkliyindən başlanır, aşağı axınında Vyatka Uvalını kəsib keçir. Əsasən qar suları ilə qidalanır. Ortaillik su sərfi Qradoboi kəndi yaxınlığında 123 m3/san-dir. Çeptsa hövzəsində ümumi sahəsi 26,6 km2 olan 500-dən çox göl var. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Mənsəbindən 135 km məsafədə gəmiçiliyə yararlıdır.
Mentha pulegium f. cermatisa
Pulqar yarpızı, Giləmərzə (lat. Mentha pulegium) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, qısa tüklü bitkidir. Gövdəsi düz, yatan və ya bir qədər qalxan çoxbudaqlı, hündürlüyü 15-30 sm-dir. Yarpaqları qısa saplaqlı, 1-2 sm uzunluqda, 5–10 mm enində, oval və ya yumurtavari, ucları küt, qıraqları azacıq dişciklidir. Çiçəkqrupu çoxsaylı, diametri 10–15 mm olan çoxçiçəkli çiçək köbələrindən ibarətdir. Kasacığı ikidodaqlı, xaricdən tüklüdür. Tacı 5–7 mm uzunluqda, kasacıqdan iki dəfə uzun, əlvan çəhrayı rənglidir. Fındıqcıqları xırda, 0,5 mm uzunluqda, yumrudur. == Yayılması == == Arealı == Giləmərzə növü Makaroneziya, Avropa, Efiopiya, eləcə də Aralıq dənizi sahillərindən İrana qədər yayılmışdır.