Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çertkovski rayonu (Rostov vilayəti)
Çertkovski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Çertkovo şəhəridir. Rostov-na-Donu şəhərindən 320 km məsafədə yerləşir. == Tarixi == 1920-ci ildə mərkəzi Mankovo-Kalitvenskoe olan Dones dairəsində Leono-Kalitvinski rayonu təşkil edilmişdir. 10 yanvar 1934-cü ildə rayonun adı Çertkovski, şəhərin adı isə Çertkovo olaraq dəyişdirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayəti ərazisinə daxil idi. 1959-cu ildə Alekseevo-Lozovski rayonunun ərazisi ona birləşdirilmişdir. 1 fevral 1963-cü ildə rayon ləğv edilərək Malçevski rayonuna birləşdirilmişdir. 1965-ci ildə isə rayon yenidən təşkil edilmişdir == Coğrafiya == Çertkovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukrayna, şimalda isə Voronej vilayəti ilə sərhədlənir.
Qriqori Petrovski
Qriqori Petrovski (4 fevral 1878 – 9 yanvar 1958, Moskva; rus. Петровский, Григорий Иванович) — sovet inqilabçısı, IV çağırış Rusiya İmperiyası Dövlət Dumasının deputatı, Sovet və Ukrayna partiya və dövlət xadimi. RSFSR Xalq Daxili İşlər Komissarlığına rəhbərlik edib (1917–1918), ÜmumUkrayna İnqilab Komitəsinin sədri (1919–1920), eyni zamanda Ümumkrayna Mərkəzi İcraiyyə Komitəsinin (1919–1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi (1922–1938). Ukrayna KP(b) Siyasi Bürosunun və Mərkəzi Komitəsinin üzvü (1920–1938), 1918–1919, 1920–1921-ci illərdə RKP(b) Mərkəzi Komitəsinin üzvlüyünə namizəd. 1921–1939-cu illərdə RKP (b) — VKP (b) Mərkəzi Komitəsinin üzvü. 1926–1939-cu illərdə MK Siyasi Bürosunun üzvlüyünə namizəd olub. == Gənclik illəri == Georgi İvanoviç Petrovski 1878-ci il yanvarın 22-də (4 fevral) Xarkov vilayətinin Volçanski rayonunun Peçeneqi kəndində anadan olmuşdur. Atası dərzi, anası isə paltaryuyan idi. Qriqorinin üç yaşı olanda atası öldü, anası isə üç uşağı ilə dul qaldı. Bu ağır vəziyyət ailəni Xarkova köçməyə məcbur etdi.
Yeni Petrovski (Xaybulla)
Yeni Petrovski kəndi (başq. Яңы Петровский) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu İvanovka kənd sovetliyinə daxil olan kənd. == Tarixi == 2008-ci ildə Antinqan kənd sovetliyindən İvanovka kənd sovetliyinə verilmişdir. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Petrovski kəndinin milli tərkibi: ruslar (50 %), başqırdlar (50 %) == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.