Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çırçır
Çırçır (Sevan)
Çırçır (Meşkinşəhr)
Çırçır (fars. چرچر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Çırçır (Mərənd)
Çırçır (fars. چرچر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (77 ailə).
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.
Çırçıra (Çaroymaq)
Çırçıra (fars. چرچرا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 122 nəfər yaşayır (17 ailə).
Çirçik çayı
Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay. Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)» mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır. Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)» olaraq adlandırırdılar. Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Qızılsu çayı (Çirçik)
Qızılsu çayı — Özbəkistan Respublikasının Saşkənd vilayəti Bosanlıq rayonu ərazisindən axan dağ çayı. Çay Çirçik çayının sağ qolunu təşkil edir. Çayın ümumi uzunluğu 12 km təşkil edir. Qızılsu çayı öz başlanğıcnı iki bulağın sularının birləşməsindən götürür. Çay Minqbulaq dağının cənub əyəkləri boyunca axır. Sonradan çay ensiz dar dərə ilə cənub istiqamətinə yönəlir. Bu hissədən axan çayların əsas xüsusiyyəti şəlalələr əmələ gətirmələridir. Belə ki, bu çaykarda baş verən gursululuq dönəmində şəlalələrin sayında artım müşahidə edilir. Çay yataqlarının iri daş parçaları ilə donu olması buna səbəb olur. Bu tip kiçik çay bir nüddət sonra quruyur.