Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viktor Çukarin
Viktor İvanoviç Çukarin (9 noyabr 1921, Krasnoarmeysk, Donetsk quberniyası — 25 avqust 1984, Lvov) — Sovet gimnastı, SSRİ-nin əməkdar idman ustası (1951), USSR-nin əməkdar məşqiçisi (1972), dosent (1963), Lvov idman institunun kafedra rəhbəri (1971), Lenin ordeni kavaleri (1957). Olimpiya Oyunlarının mütləq çempionu (1952, 1956), dünya çempionu (1954), SSRİ çempionu (1949—1951, 1953, 1955); Olimpiya Oyunlarının çempionu 1952-ci ildə 6 mükafat, 1956-ci ildə 5 mükafat, toplam 11 olimpiya mükafatı). Böyük Vətən müharibəsi iştirakçısı. Viktor Çukarin 9 noyabr 1921-ci ildə Novoazovsk rayonunun Krasnoarmeyskoye kəndində anadan olmuşdur. Atası don kazakı, anası isə yunan idi. 1924-cü ildə ailəsi Mariupola köçdü. Uşaqlıqdan idmana - futbola, üzgüçülüyə, avarçəkməyə həvəs göstərirdi. Atası 1937-ci ildə repressiya edildi. Çukarin məktəbi bitirdikdən sonra əvvəlcə Mariupol Metallurgiya Kollecinə daxil oldu. Sonra Kiyev Bədən Tərbiyəsi Kollecinə qəbul olundu.