Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etnos
Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (1887—1939) adı ilə bağlıdır. Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur.
Sinyaya veçnost (mahnı)
Sinyaya veçnost - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri və bəstəsi Müslüm Maqomayeva, aranjemanı isə Qara Dərvişə aiddir.