Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şarvari evkalipt
Samovar
Samovar (rus. Самова́р, köhn. azərb. سماوار Səmavar) — çay dəmləmək və dəmli çayın rənginin açılması üçün lazım olan isti suyun qaynatılmasında istifadə edilən və içərsində kömür yanan ocağı olan qab. Yaşı 3700 il olan ən qədim samovar Azərbaycanda (Şəki bölgəsində) tapılıb və o, yaşı 2000 il olan Misir samovarından daha qədimdir.
Aleksandr Şarovski
Aleksandr Şarovski (10 fevral 1948, Bakı) — Azərbaycan teatr rejissoru və aktyoru, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (1998). Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri == Həyatı == Aleksandr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir. 1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru olmuşdur. 3 fevral 1993-cü ildən teatrın baş rejissorudur. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurmuşdur. Onun aktyor rollarından: Don Quan (A. S. Puşkin "Kiçik traqediyalar"), Roland (D. Fletçer "Ukroşeniye ukrotitelya"), Rezo (L. Roseb "Premyera"), Eldar (R. İbrahimbəyov "Dom na peske"), Beriya (V. Korkiya "Moy bednıy Soso Cuqaşvili"), Şeyx Sənan (H. Javid "Şeyx Sənan"), Fərxad (S. Vurğun "Fərxad və Şirin"), Qenrix (U. Şekspir "Kral Lir"), Mehmandarov (M. İbrahimbəyov "Neft bumu") yaratdığı obrazları misal gətirmək olar. A. Şarovski bundan başqa 4 filmdə çəkilmişdir. "Struktura momenta", "Qorxma, mən səninləyəm", "Prervannaya serenada", "Anekdot" kimi filmlərdə aktyor maraqlı rollar yaratmışdır. Quruluşçu rejissor kimi fəaliyyəti yaradıcılığında "Leto i dım" T. Vilyams, "Xoçu kupit muca" M. Zadornov, "Lebedinaya pesnya" A. P. Çexov, "Kin IV" Q. Qorin, "Petlya" R. İbrahimbəyov, "Vtoroy vıstrel" R. Toma, "Çayka" A. P. Çexov, "Teatr" M. Freyn, "Ubiysa" Elçin, "Fərxad və Şirin" S. Vurğun kimi tamaşaları misal gətirmək olar.
Sapvari dəlikçiçək
Sapvari dəlikçiçək (lat. Androsace filiformis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Sapvari yovşan
Sapvari yovşan (lat. Artemisia capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Serafim Sarovski məbədi (Sumqayıt)
Serafim Sarovski kilsəsi(rus. Храм преподобного Серафима Саровского) — Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası tabeliyində kilsə. Kilsənin Baş keşişi İyerey Rostislav Şahvələdovdur. Sumqayıt sakinləri tərəfindən Rus kilsəsi adıyla tanınan məbəd Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 24/5, mənzil 18 ünvanında yerləşir.