Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selesten Buqle
Selesten Buqle (1.6.1870, Kot-dü-Nor dep-ti, Sen-Briyo – 25.1.1940, Paris) — fransız sosioloqu, Fransız sosioloji məktəbinin nümayəndəsi. == Həyatı == 1893-cü ildə Ali Normal Məktəbi bitirmişdir. Tuluza universitetində (1900–1907-ci illər ) və Sorbonnada (1908-ci ildən professor) dərs demiş, Sosial Sənədləşdirmə Mərkəzinin direktoru (1920-ci ildən), Ali Normal Məktəbin direktoru (1935-ci ildən) olmuşdur. E. Dürkheymin davamçısı olan, həmçinin G. Zimmelin ideyalarından bəhrələnən Buqle sonuncunun təsiri ilə sosiologiyanın vəzifəsini sosial formaların, onların səbəb və nəticələrinin öyrənilməsində görürdü. == Fəaliyyəti == Buqle sosiologiyada biologizmi tənqid etmiş, Qərb cəmiyyətlərində bərabərlik ideyalarının yayılmasının sosial amillərini araşdırmışdır (“Bərabərlik ideyaları”, 1899). Buqlenin Hindistanda kasta sisteminin sosioloji təhlilinə həsr olunmuş “Kasta rejiminə dair oçerklər” (1908) kitabı klassik əsərə çevrilmiş və bu sahədə aparılan sonrakı tədqiqatlara (L. Dümon və b.) əhəmiyyətli təsir göstərmişdir. Üçüncü respublika ideologiyasının mühüm elementi olan həmrəylik ideyalarının Fransa cəmiyyətində formalaşmasında Buqlenin də xidməti vardır.
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sebesten
Kordiya (lat. Cordia) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Selestin
Selestin – Sr [SO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – açıq-mavi, ağ, rəngsiz, sarımtıl, qırmızımtıl, yaşılımtıl, qəhvəyimtil; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində sədəfi; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 3,9-4,0; Sərtlik – 3-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Morfologiya – kristallar: qalın lövhəşəkilli, qısasütunvari, bəzən uzunluğu 50 sm-dək olan prizmatik; İkiləşmə: {210} və {101} üzrə çox nadirdir; Mineral aqreqatları: dənəvər, lifli, lövhə-, qabıq- və torpaqvari kütlələr, jelvaklar, sekresiyalar, konkresiyalar, druzalar, lifli damarcıqlar, gips və üzvi qalıqlar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Xemogen - çökmə əmələgəlmələri, əsasən, laqun və göl tipli olub, dolomit, əhəngdaşı, mergel, gipsli gillər və qumdaşlarında yayılmışdır. Selestin az hallarda hidrotermal yolla əmələ gəlir, əsas etibarilə püskürmə süxurların boşluqlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kalsit, araqonit, gips, anhidrit, halit, barit, sərbəst kükürd, flüorit, stronsianit, qalenit, sfalerit, gil mineralları və b. Mineralın tapıldığı yerlər: Gembek və Ştadthagen (Almaniya); Qlosterşir qraflığında Klifton (Böyük Britaniya); Volqaboyu, Başqırdıstan (Rusiya); Türkmənistan; Qırğızıstan; Motakkam (Misir); Buffalo-Kouv (ABŞ) və b. Azərbaycanda Qobustanın balıqqulaqlı əhəngdaşlarında, Naxçıvan MR-da və bir sıra başqa yerlərdə aşkar edilmişdir. == Tətbiqi == Şəkərin, istiqamətlənmiş güllələrin istehsalında, pirotexnikada, şüşə, keramika, kimya və əczaçılıq sənayesində, metallurgiyada istifadə edilən stronsiumun və onun birləşmələrinin əsas mənbəyidir. == İstinadlar == == Xarici keçidlər == THE MINERAL CELESTINE == Mənbə == Azərbaycan mineralları.
Selesta-Ersten
Selesta-Ersten (fr. Sélestat-Erstein) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Selesta-Ersten (rayon). Rayon əhalisi 2006-cı ildə 146 469 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 149 nəf / km². Rayon sahəsi — 981 km².
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Qarabağ selestin yatağı
Qarabağ selestin yatağı (qaz. Карабак целестин кени) — Qırğızıstanda selestin yatağı. Yataq ölkənin Batken rayonunda, Batken şəhərindən 8 km şimal-şərqdə yerləşir. Yataq 1959-cu ildə kəşf edilmişdir və dəniz səviyyəsindən 800–890 m yüksəklikdə yerləşir.