Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çinovnik
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.
Əyriyarpaq saqovnik
Vətəni Yaponiyadır. Hündürlüyi 2m-ə qədər, oduncaqlaşmış, keçəvari, budaqlanmayan gövdəyə malikdir. Onların gövdəsi tökülən yarpaq saplaqları ilə sıx örtülmüşdür, ləkəvarı yarpaqları isə gövdenin ucunda dəstəyə yığılmışdır. Mikrosporofilləri (erkəkcikləri) çoxsaylı, pazşəkilli, qonur, alt tərəfdən çoxsaylı, tozcuqludur. Erkək qozaları silindirikdir. Dişi qozaları yumru, sferik, hissələri lələkvarı bölünmüş olub, yanlarında yumurtacıqları vardır. Qozaları tutqun sarıdır, yazda və ya yayda az miqdarda əmələ gəlir. Toxumu yumru, çəyirdəkşəkilli, üst örtüyü ətli, orta və içəri örtükləri bərkdir, uzunluğu 2sm-ə qədə, narıncı-qırmızı rəngdədir. İşıqlı və yarımkölgəli şəraitdə bitir, düzünə düşən günəş şüalarından qorunmalıdır. Torpaq həmişə rütubətli olmlı, suvarılma vaxdaşırı aparılmalıdır.