Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sıçyovka
Sıçyovka — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Sistova müqaviləsi
Sistova müqaviləsi — 1787-1791-ci illər arasənda baş vermiş Avstriya-Osmanlı müharibəsinin sonunda imzalanmış müqavilədir. Böyük Britaniya, Prussiya və Hollandiya tərəfindən vasitəçilik edilərək, 4 avqust 1791-ci ildə Bolqarıstanda Sistovada (müasir Svishtov) imzalanmışdır. 11 iyul 1789-cu ildə Osmanlı İmperiyası ilə İsveç arasında dostluq müqaviləsi bağlandı. Sultan III Səlim Rusiya və Avstriyanın onlar üçün təhlükə olacağını düşünən Prussiya kralı ilə ittifaq sazişi bağladı (31 yanvar 1790). Ancaq bu müqavilələr qüvvəyə minmədi. Fransa İnqilabından (1789) və Fransanın artan hərbi təhlükəsindən sonra yayılmağa başlayan millətçi fikirlər səbəbindən Avstriya Osmanlılarla yeni bir müqavilə imzalamağa məcbur oldu. Zestovi müqaviləsi 4 avqust 1791-ci ildə bu gün Bolqarıstanın şimalında yerləşən Zestoviç şəhərində imzalanmışdır. Bu müqavilədən sonra Osmanlı İmperiyası ilə Avstriya arasında dostluq dövrü başladı. Sistova müqaviləsi Avstriya-Osmanlı müharibələrinə son qoydu. 19-cu və 20-ci əsrlərdə Avstriya Osmanlılara qarşı Rusiyanın rəhbərlik etdiyi müharibələrdə iştirak etmədi.
Anna Tomova-Sintova
Anna Tomova-Sintova (tam adı: Anna Tomova-Sintova, bolq. Анна Томова-Синтова; 22 sentyabr 1941, Stara Zaqora, Bolqarıstan krallığı) — Bolqarıstanın soprano müğənnisi. Dünyanın ən böyük opera binalarında səhnə almış ifaçının repertuarına Motsart, Rossini, Verdi, Puççini, Vaqner və Ştrausun əsərləri daxildir. Annanın xüsusilə dirijor Herbert fon Karayanla 1973-cü ildən 1989-cu ilədək — dirijorun ölümünədək yaxın peşəkar əlaqələri vardı. == Həyatı == Tomova-Sintova altı yaşında ikən pianoda ifa etməyi öyrənməyə başlayıb. On altı yaşında milli mahnı müsabiqəsində qalib gəlib. Daha sonra Sofiya Milli Konservatoriyasına daxil olub. Burada professor Georgi Zlatev-Tçerkininə soprano Katya Spiridonovanın səs sinfində oxumuş və səs və piano üzrə diplomlarla məzun olmuşdur. Səhnədə ilk debütünü magistr təhsili alarkən Çaykovskinin Yevgeni Onegin operasında Tatyana obrazı ilə etmişdir. Məzuniyyətdən sonra Leypsiq Operanın opera studiyasında fəaliyyətə başlamış və 1967-ci ildə burada Verdinin Nabukkosunda Abiqail obrazı ilə ilk peşəkar debütünü reallaşdırmışdır.