Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yelena Smurova
Yelena Smurova (18 yanvar 1974, Leninqrad) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Smurova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Yelena Smurova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Yelena Smurova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.
Sergey Şnurov
Srgey Şnurov (rus.: Серге́й Влади́мирович Шну́ров. 13 aprel 1973, Leninqrad) — Rusiyalı rok musiqiçisi, şair, kino aktyoru, televiziya aparıcısı, rəssam və ictimai xadim. "Bumer" filminin soundtrekinin müəllifi. "Leninqrad" və "Rubl" qruplarının lideri. RTVi telekanalının baş prodüseri (29 iyun 2020-ci ildən). Həmçinin "İnkişaf Partiyası"nın həmsədridir. == Həyatı və yaradıcılığı == Sergey 13 aprel 1973-cü ildə Leninqradda anadan olmuşdur. İlk təhsilini 564 nömrəli ümumtəhsil məktəbində almış, sonra Leninqrad mühəndis-tikinti İnstitutuna daxil olmuş və oranı bitirmədən bərpa Liseyinə keçmişdir. Litseyə oxuduğu ixtisas, ağacdan hazırlanmış əsərlərin bərpaçısı ixtsası olub. Liseydə təhsil aldıqdan sonra İlahiyyat İnstitutunun fəlsəfə fakültəsinə daxil olmuş, orada üç il təhsil almışdır.