Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.
Sergey Şnurov
Srgey Şnurov (rus.: Серге́й Влади́мирович Шну́ров. 13 aprel 1973, Leninqrad) — Rusiyalı rok musiqiçisi, şair, kino aktyoru, televiziya aparıcısı, rəssam və ictimai xadim. "Bumer" filminin soundtrekinin müəllifi. "Leninqrad" və "Rubl" qruplarının lideri. RTVi telekanalının baş prodüseri (29 iyun 2020-ci ildən). Həmçinin "İnkişaf Partiyası"nın həmsədridir. Sergey 13 aprel 1973-cü ildə Leninqradda anadan olmuşdur. İlk təhsilini 564 nömrəli ümumtəhsil məktəbində almış, sonra Leninqrad mühəndis-tikinti İnstitutuna daxil olmuş və oranı bitirmədən bərpa Liseyinə keçmişdir. Litseyə oxuduğu ixtisas, ağacdan hazırlanmış əsərlərin bərpaçısı ixtsası olub. Liseydə təhsil aldıqdan sonra İlahiyyat İnstitutunun fəlsəfə fakültəsinə daxil olmuş, orada üç il təhsil almışdır.