Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kompot
Kompot — təzə meyvələrin şəkərli su ilə qaynadılması şəklində hazırlanan bir içki növüdür. == Ümumi məlumat == Gündəlik istifadə etmək üçün kompot təzə meyvə-giləmeyvə, qurudulmuş meyvə-giləmeyvələrdən hazırlanır. Xammalın kompot üçün hazırlanması qaydası meyvə-giləmeyvələrin yeyilməyən hissələrdən təmizlənməsi, çıxdaş edilməsi, yuyulması və doğranılması əməliyyatından ibarətdir. Kiseldən fərqli olaraq kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır. == Hazırlanma qaydası == Bəzi meyvə-giləmeyvələr qaynadıldıqda əriyib, suya qatışdığından onları suya və şərbətə tökən kimi dərhal qızdırılma dayandırılır. Bərk meyvələr dilimlənir, 15-25 dəq. bişirilir. Meyvənin tərkibindəki həll olan maddələrin suya daha çox çıxması üçün şəkərin kompot soyuduqdan sonra əlavə edilməsi məsləhət görülür. Kompotun ətrini və dadını yaxşılaşdırmaq üçün hər paya 5-10 q miqdarında üzüm şərabı əlavə edilir. Qurudulmuş meyvə-giləmeyvələrdən kompot hazırladıqda onları seçib təmizlənir, 3-4 dəfə isti suda yuyulub, sonra bişirirlər.
Simvol
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Şorgöl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 - (sumu), monqol dilində sum, tuva dilində sumon) - Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. == Çin Xalq Respublikası == Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı - 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. === Etnik somon === Etnik milli somon - (<in dilində 民族苏木, mintszu sumu) - Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon - Evenk milli somonu mövcuddur.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Ayrılmış simvol
Ayrılmış simvol (ing.Reserved character, ru. зарезервированный символ) – klaviaturadan daxil edilən və proqramda xüsusi anlamı olan simvol; məsələn, ulduz işarəsi (*), əyik cizgi (/), sola əyik cizgi (\), sual işarəsi (?) və şaquli ayırma işarəsi (|) ayrılmış simvollara aiddir. İstifadəçinin yaratdığı fayllara, sənədlərə, makroslara və başqa obyektlərə ad verərkən bu simvollardan geniş istifadə olunmur. == Vikidə ayrılmış simvoldan istifadə == Şaquli ayırma işarəsi (|) viki kodlarında da geniş istifadə olunur. Əsasən şablonlarda və cədvəllərin yaradılmasında ən çox istifadə olunan işarədir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Data SoCool
Data SoCool — Data sahələrində ixtisaslaşmış peşəkar tədris müəssisəsi. Bu sahələrdə Azərbaycanda iş dünyası ilə təhsil arasında mövcud olan mütəxəssis boşluğunu doldurmaq və qurumların əməkdaşlarının yeni bacarıqlar əldə etmələri üçün müxtəlif dərslər tədris etməkdədir. Hazırda peşəkar ekspertlər, Avropa standartlı təlim mərkəzinə sahib olmaqla, Microsoft, IBM kimi vendorlarla rəsmi əməkdaşlıq etməklə, sıfırdan pilləli şəkildə tədris edilən və sonda uğurlu məzunlarımızın qurumlara yönləndirilməsi ilə məşğul olan Karyera Mərkəzinə sahib olmaqla ölkənin data təhsili sektoruna liderlik etməkdəyik. Hazırda yüzlərlə Data SoCool məzunu aparıcı özəl qurumlarda və dövlət orqanlarında çalışmaqdadırlar. == Tarixi == Data SoCoolun datanın faydalarını Azərbaycanda təbliğ etmək fəaliyyəti ilk olaraq 2018-ci ilinin avqust ayından bu sahəni öyrənmək istəyən şəxslərə istiqamət vermək ideyası ilə başlamışdır. 2018-ci ilin sentyabr ayında Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinə müraciət etmiş və 2019-cu ilin fevral ayından etibarən 500-dən çox müraciətçi arasından 3 mərhələ ilə seçilən 30 gənclə Excel, Power BI, SPSS və Tableau proqramlarına giriş mövzuları və bir neçə müxtəlif şirkətlərə infoturla ümumilikdə 12 günlük təlimlə başladı. Data SoCoolun ilk məzunları sayılan bu 30 gəncin bir qismi hazırda ölkənin aparıcı maliyyə, IT şirkətlərində və banklarında çalışırlar, bəziləri isə Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər. == Layihə əsaslı tədris == Data SoCool Təhsil modeli data sahələrində karyera qurmaq istəyən şəxslər üçün sıfırdan — Peşəkar İnkişaf Planının hazırlanmasından sonda iş və ya təcrübə ilə təmin etmək mərhələsinə qədər pilləli şəkildə dizayn edilmişdir. Öncə Karyera Məsləhətçisi tərəfindən tələbənin mövcud bazasına və öyrənmə imkanlarına uyğun olaraq Peşəkar İnkişaf Planı hazırlanır və Plan üzərindən dərslər tədris olunur. Yerli və Beynəlxalq Əmək bazarının tələblərinin araşdırılaraq formalaşdırılmış dərs sillabusları iş dünyasından real praktiki tapşırıqlarla təkmilləşdirilmişdir.
Mon (simvol)
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Robert Uolpol
Robert Uolpol (ing. Robert Walpole; 26 avqust (5 sentyabr) 1676, Houton[d], Norfolk qraflığı – 18 (29) mart 1745, Sent-Ceyms[d], Böyük London) — ingilis dövlət və siyasi xadimi, 1721-1742-ci illərdə Böyük Britaniyanın 1-ci Baş naziri. == Siyasi karyerası == 1701-ci ildə taxt-tacın irsiliyi haqqında qəbul edilən qanuna əsasən Stüartlar sülaləsindən olan krallar həmişəlik İngiltərədə bu mövqeyə iddia etmək hüququndan məhrum edildilər. Ölkənin siyasi həyatında parlament qarşısında dövlət siyasətinə görə məsuliyyət daşıyan nazirlərin rolu güclənməyə başladı. Nazirlər kabineti parlamentdə üstünlük təşkil edən partiya nümayəndələrindən formalaşdırılırdı. Annanın krallığı zamanı üstünlük viqlər partiyasının əlinə keçdi. Amma böyük büdcə kəsirinə səbəb olmuş ispan irsi uğrunda mübarizə viq hökumətinin süqutunu sürətləndirdi. Hakimiyyətə gəlmiş torilər müharibəyə son qoydular. 1713-cü il Utrext sülhünə əsasən İngiltərə Hibraltar, Menorku adasını və assienta hüququnu aldı.bu hüquqa əsasən ingilislər 30 il ərzində İspaniyanın Amerikadakı müstəmləkələrinə qul gətirmək hüququ qazandılar. Amma müqavilənin başqa maddələri, xüsusilə də İspaniyaya gətirilən ingilis mallarına qoyulan gömrüyün artırılması tori hökumətinin nüfuzunu aşağı saldı və 1714-cü ildə viqlər yenidən hakimiyyətə gəldilər.
Seks simvol
Seks simvol (ing. Sex symbol) — cinsi cəhətdən çox cəlbedici hesab olunan məşhur şəxs və ya uydurma personaj. == Tarixi == İlk dəfə seks simvol termini 1950-ci illərin ortalarında Merilin Monro, Bricit Bardo və Rakel Uelç daxil olmaqla, bəzi film ulduzlarının və pin-up modellərinin populyarlığı ilə əlaqədar olaraq istifadə edilib. == Uydurma seks simvollar == Rotten Tomatoes saytına görə, 1930-cu illərdə cizgi filmi personajı olan Betti Bup "animasiya ekranında ilk və ən məşhur seks simvol" idi.Video oyunlarında da seks simvollar hesab edilən bir neçə personaj var: nümunə olaraq, əsas mətbuatda bir neçə dəfə çıxış edən Lara Kroftu qeyd etmək olar.
Simpoh Ayer
Simpoh Ayer (lat. Dillenia suffruticosa) — Dillenia cinsinə aid bitki növüdür. Tropik Cənub-Şərqi Asiyada ikinci dərəcəli meşələrdə və bataqlıq yerlərdə tapılır. 6 metrə qədər yüksek bir böyük, həmişəyaşıl koldur. Davamlı 10-12 sm eni olan sarı güllər verir. .Simpoh Ayer, Bruneyin milli gülüdür.
Soyombo (simvol)
Soyombo damğası (monq. Соёмбо тэмдэг) — Monqol xalqlarının ortaq damğası.
Sərpol Zəhab
Sərpol Zəhab — İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,632 nəfər və 8,210 ailədən ibarət idi.
Xarıbülbül (simvol)
Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır. == Tarixi == Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur. Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi.
İtirilmiş simvol
İtirilmiş simvol kitabı (ingiliscə: The Lost Symbol) - Məşhur amerikalı yazıçı Den Braunun əsəri. “The Lost Symbol” (İtirilmiş simvol) romanı professor Lenqdona həsr olunub. Yazıçının bu əsəri 2009-cu ildə həm kitab, həm də elektron formada oxuculara təqdim olunub. Kitabın ilk tirajı 6,5 milyon cilddə buraxılıb. 17 avqust 2009-cu ildə Den Braunun adı ən yaxşı satılan Amerika kitabları arasında üçüncü sırada yer alıb. == Məzmun == Robert Lenqdonun macəraları davam edir. Bu dəfə o, masonların dünyanı dəyişə biləcək böyük sirrini tapmalıdır. Əsrlərlə gizli qalan sirlər, müəmmalı işarələr, simvollar və keçmişin labirintləri ilə ölümcül təhlükəli səyahət... == Xarici keçidlər == "Dan Brown İtirilmiş Simvol" (az.). qanun.az.
Şorgöl (Biləsuvar)
Şorgöl (fars. شورگل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 650 nəfər yaşayır (126 ailə).
Şorgöl (Bünab)
Şorgöl (fars. شورگل‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (110 ailə).
Şorgöl (Meşkinşəhr)
Şorgöl (fars. شورگل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (38 ailə).
Kim Sowol
== Haqqında == Kim Sowol (김소월) (7 sentyabr 1902 – 24 dekabr 1934) koreyalılar tərəfindən ən çox sevilən Koreya şairlərindəndir. Yapon müstəmləkəsi dövründə fəaliyyət göstərmiş bu şairin əsl adı Kim Jeongsikdir (김정식) və Kim Sowol əsərini dərc edərkən istifadə etdiyi təxəllüsdür. Kim Sowol 33 illik qısa bir ömür yaşasa da, o, bir xalq şairi kimi 150-yə yaxın şeir yazıb və bu gün də koreyalıların duyğularını özündə əks etdirən şeirləri ilə sevilib. == Həyat və fəaliyyəti == Şair Kim Sowol (김소월), 1902-ci ildə Şimali Pyonqan əyalətinin Qusonqqun, Seosanmyeon, Vanginri şəhərində Kim Seongdo və Jang Gyeongsukun ailəsində anadan olub. O, atasının məmləkəti Namdandong, Qwaksanmyeon, Jeongjugun, Şimali Pyonqan əyalətində (indiki Namdanri, Qwaksangun, Şimali Pyonqan vilayəti) böyüyüb. 1904-cü ildə onun atası Kim Seonqdo qohumunun evində at sürərkən, Çenju ilə Qvaksan arasında dəmiryolunu çəkən yapon çobanları yemək oğurlamaq üçün Kim Seonqdonu qaçırmağa çalışırlar. Xoşbəxtlikdən onun həyatı xilas edilir, lakin o, ağır hücumlardan sonra TSSB-dən əziyyət çəkməyə başladı. O, yeməkdən imtina etdi və ailəsi ilə danışmadan otaqda qalırdı. Sonra aclıqdan öldü. Gənc Kim Sowol atasına yazığı gəlirdi.
Lyubov Sobol
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
Somov dənizi
Somov dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Ross dənizi ilə Dürvil dənizi arasında yerləşir. Qərbdə dərinliyi 3.000 metrdir. Sahəsi 1.150.000 km² təşkil edir. Orta temperatur yayda 0,1 C, qışda -8 (-10) C-dir. Sahilə yaxın Ballen adası yerləşir. Sahilində antarktik stansiyası olan Leninqradskaya fəaliyyət göstərir. Dəniz Sovet Antartik ekspedisiyasının rəhbəri olan Mixail Somovun şərəfinə adlandırılmışdır. == İqlimi == Dəniz bütünlüklə cənub qütb en dairəsinin daxilində yerləşir. Bu səbəbdən ilin böyük qismi buzla örtülü olur. Bir necə ay ərzində buzlar kövrəlir və aysberlər əmələ gəlir.
Tompo ulusu
Tompo ulusu (saxa Томпо улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Xandıqa qəsəbəsidir. Xandıqa kəndi respublikasının paytaxtı Yakutsk şəhərindən quru ilə 449 km, su ilə 642 km, hava ilə 370 km məsafədə yerləşir. == Coğrafiyası == Rayon respublikanın şərqində yerləşir. Sahəsi 135,8 min km²-dir. Böyük çayları: Aldan, Tompo, Xandıqa, Adıçi və s. Rayonun ərazisi əsasən Aldan çayının orta axınında və onun hövzəsində yerləşir. Burada yerləşən Tompo çayı öz növbəsində adını rayona vermişdir. Ulus əraisi əsasən dağlıq ərazilərdən ibarətdir. Yanvar ayının orta temperaturu dağlarda -38 ° C-dən çay vadilərində -42 ° C-dək, iyunda dağlarda +10 ° C, çay vadilərində +17 ° C-dən olur.
Topol-M
RT-2UTTKh Topol-M"Topol-M" (rus. РТ-2УТТХ «Тополь-М», NATO adlandırması SS-27 "Sickle B") Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən "Topol-M", hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. Topol-M 45–47 ton ağırlığa malikdir, atom bombasından 52.5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21.5 metrdir. Diametri isə 1.86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir.
Şomod (medye)
Şomod (mac. Somogy megye, xorv. Šomođska županija; sloven. Šomodska županija, alm. Komitat Schomodei‎ ) — Macarıstanın inzibati ərazi bölgüsü. == Coğrafiyası == Şomod medyesi Macarıstanın cənub-qərbində, Xorvatiya ilə sərhəddə yerləşir. Drava çayının və Balaton gölünün cənub sahili boyunca uzanır. Macarıstanın Zala, Vesprem, Feyer, Tolna və Baranya medyeləri ilə qonşudur. Ölkənin ən sıx əhalisi olan medyesidir. Paytaxtı Kapoşvar şəhəridir.
Şomon (rayon)
Şomon (fr. Chaumont) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Şomon. Rayon əhalisi 2006-cı ildə 67 738 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 27 nəf / km². Rayon sahəsi — 2476 km². Şəhər Marne çayı üzərində dayanır və 1856-cı ildə inşa edilmiş 52 m (171 ft) hündürlüyü və 600 m (2000 ft) uzunluğundakı bir viyadük üzərində işləyən Paris və Basel'i birləşdirən dəmir yolu üzərində yerləşir.