Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şelkunçik (balet)
Şelkunçik (Fındıqqıran, Qozqıran) - baleti Rus bəstəkarı Çaykovski’nin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qız Klara Stalbaum’un yeni il hədiyyəsi kimi aldığı Fındıqsındıran oyuncağı ilə bağlı yuxuları mövzusunda yazılmış mistik-nağıl janrında əsərdir. İlk dəfə 1892-ci ildə St. Petersburqda səhnələnən Şelkunçik Baleti, yeni il şənlikləri ilə eyniləşdirilmiş və bir çox balet ictimaiyyəti tərəfindən yeni ildə səhnələşdirilməsi adət halını almışdır. Dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir. == Əsərin tarixçəsi == Alman yazıçı Ernest Teodor Amadey Hofman 1815-ci ildə müxtəlif ölkələrin xalq nağılları əsasında "Fındıqsındıran və Siçanlar Kralı" (Der Nııssnacker und der Mâusekönig) adlı bir nağıl yazır. Həmin nağılı Aleksandr Düma 1844-cü ildə nəşr etdirir. Əsər 1846-ci ildə "Chapman" və "Hail" nəşriyyatı tərəfindən İngiltərədə Hoffmanna və Dumaya ithafən nəşr etdirilir. == Əsərin yaranması və ilk səhnələşdirilməsi == Şelkunçik Baleti ilk dəfə 1892 -ci ildə St. Petersburg Maryinski Teatrında səhnəyə qoyulmuşdur.
Şelkunçik və dörd krallıq
Şelkunçik və dörd aləm (ing. The Nutcracker and the Four Realms) — Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı və Pyotr Çaykovskinin "Şelkunçik" baleti əsasında çəkilmiş və 2018-ci ildə çıxarılması gözlənilən ABŞ filmidir. Film, Aşli Pauell tərəfindən yazılmış ssenari əsasında Lasse Hallström tərəfindən çəkilmişdir. Filmdə Makkenzi Foy, Kira Naytli,Helen Mirren və Morqan Friman rol almışdır. Filmin Walt Disney Pictures tərəfindən 2 noyabr 2018-ci ildə çıxarılması planlaşdırılır. == İstehsal == Layihə haqqında ilk dəfə 4 mart 2016-cı ildə məlumat verilmiş və bildirilmişdir ki, klassik nağılların ekranlaşdırılması layihəsi çərçivəsində Disney Lasse Hallströmun rejissorluğu ilə "Şelkunçik və dörd aləm" adlı film istehsalını planlaşdırır. Filmin ssenarisi Aşli Pauell tərəfindən Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı əsasında yazılmışdır. 27 iyul 2016-cı ildə Makkenzi Foyun filmdə əsas personaj olan Klara obrazını canlandıracağı elan edilmişdir. ABŞ balerinası Misti Kopelend Instagram hesabı vasitəsiylə layihəyə qoşulduğunu bildirmiş və filmdəki yeganə rəqs səhnəsində əsas balerina rolunu canlandıracağını qeyd etmişdir. 29 iyul 2016-cı ildə "Variety" jurnalı Morqan Frimanın filmn aktyor heyətinə qoşulduğu haqqında xəbər yaymışdır.
Şelkunçik və dörd aləm (film, 2018)