Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eklektika
Eklektizm və ya eklektika - Qədim Yunanıstanda meydana gələn fəlsəfi cərəyan. Eklektika sözü "bəlli bir sistemə aid və ya ayrılıqda mənası olan fikirlərin bir araya gəlməsi ilə ortaya çıxan sistem" mənasında işlədilir. Yunanca eklektikos və ya eklegein (seçən) sözündən törəyib... Bunun qərb mədəniyyətindəki əsas hədəfi isə "obyektiv metodları kənara qoyaraqdan inanc, bilgi və sənət mövzularından bir neçə ünsür toplayaraq bunu müstəqil bir düşüncə sistemi olara qəbul edən şəxs"dir.
Ekliptika
Ekliptika — Yerin Günəş ətrafında izlədiyi orbitin içində olduğu müstəvidir. Orbit müstəvisi, əslində Yer-Ay sisteminin kütlələr mərkəzinin Günəş ətrafındakı hərəkəti ilə müəyyən etməklə yanaşı ekliptika, yalnız Yer nəzərə alınaraq müəyyən edilir və Ayın kütləsindən ötəri əlavə olunan səhv nəzərə alınmır. Bu halda ekliptika, Günəşin səma üzərində təqib etdiyi görünən illik yol olaraq da görülə bilər. Ayın və Pluton istisna olmaqla digər planetlərin orbitləri ekliptika ətrafındadır. Ekliptika ilə göy ekvatorunun arasındakı bucaq, Yer oxunun əyriliyinə bərabərdir. Bu bucağa ekliptikanın mailliyi deyilir və təxminən 23°27 — dəyərindədir.
Evtektika
Evtektika — iki və ya bir neçə komponentin qarışığından ibarət olan və bu maddələrin mümkün bütün qarışıqlarından komponentləri eyni vaxtda ayrılaraq ən aşağı temperaturda kristallaşan ərinti. Evtektika təşkil edən sülb fazalar kimyəvi element fərdləri və ya minerallar ola bilər. Bərk fazaların sayına görə ikiqat, üçqat və i.a. evtektika ayrılır. Evtektika həm də ərimə qabiliyyətini göstərən diaqramda iki və ya bir neçə minerallın (komponent) ən tez əriyən qarışığına müvafiq gələn yeganə nöqtədir. Bu nöqtədə ərinti eyni vaxtdə kristallaşan komponentlərlə doymuş olur və evtektik quruluş əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Eklektizm (fəlsəfə)
Eklektizm və ya eklektika - Qədim Yunanıstanda meydana gələn fəlsəfi cərəyan. Eklektika sözü "bəlli bir sistemə aid və ya ayrılıqda mənası olan fikirlərin bir araya gəlməsi ilə ortaya çıxan sistem" mənasında işlədilir. Yunanca eklektikos və ya eklegein (seçən) sözündən törəyib... Bunun qərb mədəniyyətindəki əsas hədəfi isə "obyektiv metodları kənara qoyaraqdan inanc, bilgi və sənət mövzularından bir neçə ünsür toplayaraq bunu müstəqil bir düşüncə sistemi olara qəbul edən şəxs"dir.
Memarlıqda eklektizm
Memarlıqda eklektizm XIX və XX əsrlərdə xüsusilə məşhur olan bu növ bədii ifadələrin bir tendensiyası idi. Bu tendensiyanın əsas xüsusiyyəti müxtəlif üslub elementlərinə sahib olması idi. Səbəb eklektik sənət nümayəndələrinin sabit qaydalara və qanunlara uyuşmamasıdır; bu səbəbdən heterojen bir üslub sayılırdı. XIX əsrin ortalarında eklektizm ən vacib memarlıq anını yaşamışdır. Bu üslubun ən aydın nümunələrinin yaradıldığı Rusiyada (Asiya və Avropanın bir hissəsi olduğu üçün qitələrarası bir millət) olmasına baxmayaraq, təsiri Avropa qitəsində daha güclü idi. İlk əsərlərin Fransada inşa edildiyi müəyyən edilmişdir. Eklektik memarların hədəflərindən biri əvvəlcədən qurulmuş qəliblərə riayət etmədən daha yaradıcılıqla işlər qurmaq idi. Eklektizm bir cərəyana çevrilməzdən əvvəl dövrün memarları neoklassik hərəkatın normalarına uyğun işləyirdi. XIX əsrin birinci yarısında tikinti üslubunda bir fikir ittifaqı yox idi və tikililər Roma və ya Yunan parametrləri ilə idarə olundu. Memarlar barokko, şərq və ya Yunan detalları kimi digər memarlıq üslublarına xas xüsusiyyətlərə sahib olan mövcud üslubların bir çoxunun qarışığı ilə təcrübə etməyə başladılar.