Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekstradisiya
Ekstradisiya (cinayətkarların təhvil verilməsi) — cinayət törədən şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə yaxud da cinayətkarın vətəndaşı olduğu dövlətə verilməsidir. cinayətkarlıqla mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması. Cinayətdə şübhəli bilinən və ya təsirləndirilən, eləcə də cinayətdə ittiham olunan həbs edilmiş şəxsin bir dövlətdən başqa bir dövlətə (birincinin müraciətinə əsasən) ötürülməsi. Son dövrlərdə "ekstradisiya" terminini düzgün olmayaraq "deportasiya" termininin yerinə işlədirlər.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.