Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emulqator
Emulqatorlar — emulsiyanın alınmasını təmin edən və təbii şəraitdə qarışmayan maddələr qarışığını stabilləşdirən səthi aktiv maddələrdir. Emulqatorun molekulları bir terminalı hidrofil, digəri isə lipofil olan uzadılmış formaya malikdir. Öz quruluşunun xüsusiyyətlərinə görə fazalar arasında nazik qat təşkil edərək neft və su fazalarının ayrılma sərhəddində yerləşir və bununla da damcıların birləşməsinin qarşısını alır. Kimyəvi cəhətdən emulqatorlar anion, kation və qeyri-ionagen olur. Emulqatorlar bitki, heyvan və ya sintetik mənşəli ola bilərlər. Qida sənayesində həm təbii, həm də sintetik emulqatorlardan istifadə olunur. Təbii emulqatorlar zərərsizdir. Qida sənayesində istifadəsinə icazə verilən emulqatorlar zərərsiz hesab olunur, buna baxmayaraq onların bir çoxları üçün qəbuledilmənin gündəlik maksimum norması hazırlanmışdır ki, bu normanı aşmaq məsləhət görülmür. Təbii emulqatorlara yumurta sarısı, təbii lesitin, soponinlər və s. misal göstərmək olar.
Emulyator
Emulyator – hər hansı qurğuya, məsələn, kompüterə, başqa bir qurğunun işini yamsılamağa (imitasiya etməyə) imkan verən aparat və ya proqram vasitəsi. Emulyatorlardan yeni kompüterlərin yaradılmasında istifadə olunur: onların köməyilə mövcud aparat və proqram vasitələri hazırlanmaqda olan kompüterlərin modelini qurur. Bundan başqa, emulyatorlardan rabitə sistemlərində hər hansı qəbuledici və ya verici qurğuları imitasiya etmək məqsədilə də istifadə olunur.