Ershersoq
Ershersoq (alm. Erzherzog (qısa olaraq Ehzg), tam adı Erzherzog zu Österreich, Archidux Austriae (qısa olaraq A.A.)) — yalnız Avstriya Habsburqlar monarxiya evinin üzvləri tərəfindən istifadə edilən titul.
Almaniyan;n orta əsrlər və müasir dövrün titullar iyerarxiyasında ershersoq hersoqdan üstün, amma kurfürst və kraldan aşağı idi. Bu titul böyük hersoq (alm. Großherzog) tituluna ən yaxın idi, amma sonuncu 19-cu əsrin əvvəllərinə qədər Almaniyada heç istifadə olunmurdu.
== Tarixi ==
Ershersoq titulunun adı ilk dəfə "Privilegium Maius" sənədində çəkilmişdir, hansı ki Müqəddəs Roma İmperatorları tərəfindən Avstriya monarxlarına verilən qədim imtiyazların kompilyasiyası kimi Avstriya hersoqu IV Rudolf (1358—1365) tərəfindən saxtakarcasına hazırlanmışdır. "Privilegium Maius"-da yazılmışdır ki, Avstriya hökmdarlarını imperiyanın digər hersoqlarından üstün tutan ershersoq titulu 1156-cı ildə imperator I Fridrix Barbarossa tərəfindən irəli sürülmüşdür. IV Rudolf tərəfindən yeni titulun təqdim edilməsi, IV Karlın 1356-cı ildə Qızıl bullada imperator seçmək hüququnu yeddi monarxla məhdudlaşdırması və Avstriya hersoqlarını oraya daxil etməməsi ilə bağlı idi.
Avstriya hökmdarlarının yeni titulu imperatorlar tərəfindən tanınmadı, lakin artıq hersoq Ernst (1406—1424) və onun nəsli onu istifadə etməyə başladılar. Ershersoq titulu ilk dəfə Habsburqlar sülaləsindən olan imperator III Fridrix tərəfindən qəbul edildi.