Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqogika
Aqogika (yun. ἀγωγή) — musiqi ifaçılığında temp və vəzndə kiçik yayınmalar (ləngimə, sürətlənmə). Aqogika musiqinin ifadəli olması məqsədini güdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Агогика // Музыкальный словарь : в 3 т. / сост. Х. Риман; доп. русским отделом при сотруд. П. Веймарна и др.; пер. и все доп. под ред.
Avoska
Avoska — tor zənbil XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır. Lakin bunlara tələbat olmadığını gördükdə ona qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. 1935-ci ildən SSRİ-də geniş şəkildə istifadə olunmağa başlamışdır.
Naxodka
Naxodka — Rusiyanın Primorsk diyarında şəhər.
Paqoda
Paqoda — Uzaq Şərq ölkələrində dini xarakterli tikili, buddizm və hinduizm məbədi. Yaponlar ona - 塔 too; hindlilər - भगवत् bxaqavat, "müqəddəs, şərəfli" deyirlər. Тailand, Myanma, Şri-Lanka, Laos və Kambocada paqoda buddist məbədləri adlanır. Paqodalar bəzi ölkələrdə həm dini ibadətgah, həm də məbəd funksiyasını yerinə yetirirlər. Burada dini əşyaları saxlayır və memorial kompleks kimi fəaliyyət göstərirlər. Müxtəlif ölkələrdə paqoda kateqoriyasına müxtəlif tip binaları aid edirlər. Hər yerin milli motivinə uyğun olaraq paqodalar fərqli tərzlərdə olur. Nepal, Çin, Çinin Tibet bölgəsində, Koreya, Yaponiya, Vyetnam, İndoneziya, Hindistanın şimal bölgəsində və Qərb ölkələrində məbəd kimi istifadə edilən çoxmərtəbəli qüllələrə paqoda deyilir. Belə hesab edilir ki, ilk paqodalar Nepalda meydana gəlmiş, sonralar nepal memarları bütün Uzaq Şərq boyu yayılmışlar. Nepalda paqoda formasında hinduizm məbədləri tikirlər.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx.Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi. Thapar, Romila.
Vodka
Araq (rus. водка [ˈvotkə]) — rektifikasiya edilmiş etil spirtinin su ilə qarışığı spirtli içki. Araq hazırlamaq üçün spirtin su ilə qarışığını aktivləşdirilmiş kömürdən keçirib süzürlər. Tərkibində həcmcə əsasən 40, 50 və 56% spirt olan araqlar hazırlanır. Bəzi ot, çiçək, ədviyyat və s. cövhərlərini arağa əlavə etməklə onun müxtəlif növlərini almaq olur. Arağın başqa növləri qıcqırdılmış meyvə şirələrinin (üzüm, albalı, tut, zoğal və s.) distilləsindən alınır. Dünyada məşhur ticarət markasına çevrilmiş "Vodka" 1865-ci il yanvarın 31-də kimyaçı Dmitri Mendeleyev tərəfindən yaradılıb. O, həmin gün "Spirtin suyla qarışdırılması haqqında" doktorluq dissertasiyasını müdafiə edib. Mendeleyevin hazırkı həmkarları hesab edirlər ki, klassik 40%-lik arağın yaranması məhz həmin dissertasiya işinin nəticəsidir.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir == Axın == Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Böyük paqoda
Böyük paqoda (ing. The Great Pagoda) — Avropada Çin memarlıq ruhunda ilk bina. III Kral Corcun anası olan Avqustanın istəklərinə uyğun olaraq saray memarı olan Vilyam Çembers tərəfindən hazırlanmış layihə üzrə 1761-dən 1762-ci ilədək Riçmondda Kyu Kral Botanika Bağında inşa edilib.Paqodanın hündürlüyü - 50 m, aşağı dərəcəli diametri - 15 metrdir Paqodanın içində 243 addımlı pilləkən, damı isə kirəmitli kafelden düzəldirilmişdir. == Tarixi == 2006-cı ildən, paqoda yay aylarında turistlər üçün açıqdır. Kyu Kral Botanika Bağında digər obyektləri kimi paqoda Ümumdünya irsi sayılır və YUNESKO tərəfindən qorunur.
Dəmir paqoda
Dəmir paqoda - 1049-ci ildə Çinin Kayfın Şəhərinin, Henan əyalətində Çinin Song sülaləsi (960-1279) zamanında tikilmişdir.Bu tikili dəmir filizindən hazırlandığına görə,həmdə dəmiri xatırlatdığına Dəmir paqoda adlandırılır.Bu abidə 1044-ci ildə ildrım çaxması nəticəsində yanmışdır buna görədə taxtadan tikilmiş paqoda kərpicdən tikilən paqoda ilə əvəz olunmuşdur.Liuhe, Lingxiao, Liaodi, Pizhi və Beisi paqodaları ilə yanaşı, bu Song sülaləsi memarlığının şah əsəri kimi qiymətləndirilir. == Memarlıq == Bu səkkizguşəli-baza qurumun hazırkı hündürlüyü 56.88 metr (186.56 fut) təşkil edir.Bu tikili bərk özəyi olan kərpiclə, daxildən dolama daş pilləkənlərlə və işıq və hava axını üçün kənar gözlərlə əhatə olununmuşdur.Xarici daha əlli müxtəlif növ və 1600 mürəkkəb, zəngin oymalardan o cümlədən Budda oturan yer,daimi rahiblər, müğənnilər və rəqqaslar, uçan çiçəklər, şir, əjdahalar və digər əfsanəvi heyvanlar eləcə də bir çox gözəl rəsmlərə malikdir.Abisənin təməli Xuanxe çayının sahilində yerləşir.Dəmir Paqodanın daxilində Çin nağılları, Qərbə belə Yol klassik freskaları var. == Tarixi == Şimali Song sülaləsi (960-1127) mərkəz Kayfın şəhərində, məşhur memar Yu Xao tərəfindən Youguo Məbədinin (965-995) bir hissəsi kimi möhtəşəm taxta paqoda inşa edilmişdir. Təəssüf ki,ümumi heyranlıq strukturu 1044-cü ildə ildrım çaxması nəticəsində yanmışdır. İmperator Renzong-un (1022-1063) sərəncamı ilə 1049-cu ildə onun yerində yeni paqoda inşa edilmişdir.Yeni qüllə alışmayan kərpic və daşdan tikilmişdi və onun metal rəngi rənginə görə "Dəmir Paqoda" adlandırırlar.1847-ci ildə Xuanxe çayı öz məcarasından çıxaraq Youguo Məbədini dağıtmışdı,amma Dəmir Paqoda dağılmamışdır.Tarixən, paqoda 38 zəlzələ, altı daşqın və digər fəlakətlər yaşayıb, ancaq 1000 ildən çoxdur ki,heç bir zərər görmədən bu günümüzə qədər qalmışdır.
Quercus pagoda
Quercus pagoda (lat. Quercus pagoda) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Henrix Yaqoda
Henrix Qriqoryeviç Yaqoda (doğum zamanı adı - Henax Gerşenoviç Yaqoda , sonralar Enok-Heinrich (Enoch) Gershenoviç və Genrix Gershenoviç , 7 (19) noyabr 1891, Rıbinsk, Yaroslavl quberniyası[d] – 15 mart 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti, SSRİ ) — rus inqilabçısı, sovet dövlət və siyasət xadimi, Sovet dövlət təhlükəsizlik orqanlarının (ÇK, BDSİ, NKVD ) əsas rəhbərlərindən biri, SSRİ Xalq Daxili İşlər Komissarı (1934-1936). SSRİ tarixində ilk " dövlət təhlükəsizliyi baş komissarı " (xüsusi rütbənin yaradılması və Yaqodaya verilməsi eyni fərmanla baş verdi). 1938-ci ildə Moskva prosesləri zamanı güllələnmişdir.
Aqota Kristof
Aqota Kristof (mac. Ágota Kristóf; 30 oktyabr 1935[…] – 27 iyul 2011[…], Nevşatel[d]) — İsveçrədə yaşamış və fransızca əsərlər yazmış Macarıstan yazıçısı. 1986-cı ildə yazdığı "Qeyd dəftər"i romanına görə fransız dilli ədəbiyyat nümunələrinə verilən Avropa mükafatına layiq görülmüşdür. == Həyatı == Aqota Kristof Macarıstan krallığının Çikvand şəhərində 1935-ci ilin 30 oktyabrında anadan olmuşdur. 1956-cı il Macar inqilabı zamanı 21 yaşında olan Aqota ərinin anti-sovet fəaliyyətinə görə 4 aylıq uşağı ilə Macarıstanı tərk etməyə məcbur olmuşdur. Macarıstan mühacirətə gedən ailə İsveçrənin Nevşatel şəhərinə yerləşmişdi. Burada 5 il əziyyətlə yaşadıqdan sonra Aqota həyat yoldaşından ayrılmış və fransız dilini öyrənməyə başlamışdır. Elə bu illərdə də fransızca romanlar yazmağa başlamışdır. == Yaradıcılığı == Aqota bədii yaradıcılıqla məşğul olduğu ilk illərdə şerlər yazmışdır (John et Joe, Un rat qui passe). Lakin onun heç bir əsəri trilogiyası qədər səs-səda salmamışdır.
Phyllorchis apoda
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum apodum növü Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Phyllorkis apoda
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum apodum növü Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonim == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Selaginella apoda
Selaginella apoda (lat. Selaginella apoda) — selaginellaceae fəsiləsinin selaginella cinsinə aid bitki növü.
Kelli Rassel Aqodon
Kelli Rassel Aqodon (ing. Kelli Rassel Aqodon; 1969, Sietl, Vaşinqton) — Sietldə anadan olmuş amerikalı şair, yazıçı və redaktor. O, Two Sylvias Pressin həmtəsisçisidir və Pasifik Lüteran Universitetində aşağı səviyyəli XİN rezidentura proqramı olan Rainier Writing Workshopda poeziya şöbəsində xidmət edir. == Həyatı == O, Seattleda böyüyüb və Vaşinqton Universitetində və Sakit Okean Lüteran Universitetində Rainier Yazı Emalatxanasını yazıçılıq üzrə magistr dərəcəsi ilə bitirib. O, Vaşinqton ştatında yaşayır. Onun işi Atlantic Monthly, American Poetry Review, Prairie Schooner, North American Review, Image, 5 am, Meridian, Calyx.,Poets.org, və The Los Angeles jurnallarında dərc olunub. Nəzərdən keçirin.Şimal-qərbdə yaşayır.[10] O, 2009–2014-cü illərdə Crab Creek Review jurnalının baş redaktoru olub. O, Two Sylvias Pressin həmtəsisçisidir. O, Sahildəki Şairlər: Qadınların Həftəsonu Yazıçılarının Retreatının həmdirektorudur. == Etiraf == Onun ən son kitabı, Qum Saatı Muzeyi (Ağ Şam Mətbuatı, 2014) Vaşinqton Dövlət Kitab Mükafatının finalçısı və Julie Sook Poeziya Mükafatının qısa siyahısına daxil edilmişdir.
Aşoka (film, 2001)
Aşoka — 2001-ci ildə Sivanın rejissorluq etdiyi tarixi dram filmidir. Baş rolları Şahrux Xan və Kerina Kapur oynayır. Filmin prodüseri Şahrux Xan və Cühi Çavladır. Ssenaristlər Santoş Şivan və Saket Çaudharidir. Filmin gəlirinin az olmasına baxmayaraq, film tənqidçilərin rəğbətini qazandı. Filmə FilmFare Awards mükafatı təyin olundu. == Məzmun == Bu film Mauriya sülaləsindən olan Padşah Aşokanın həyatı barədədir. Hələ uşaq olarkən Aşoka hökmranlıq həvəsində idi. Atası isə kiçik oğlunun hökmdar olmasını, qan tökməsini istəmirdi. Ona görə də atasının ölümündən sonra hakimiyyətə onun böyük qardaşı gəldi.
Krasnaya Qorka (Arxangel)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 9 km, kənd sovetliyindən (Qızıl Ezem):12 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 11 km.
Krasnaya Qorka (Bakalı)
Krasnaya Qorka (başq. Красная Горка, rus. Красная Горка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 24 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşlar (80 %) üstünlük təşkil edir.
Naxodka buxtası (Kara dənizi)
Naxodka — Ob estuarisinin qərb hissəsində, Yamal yarımadasının sahilində yerləşir. Materikin daxilinə 9 km məsafədə uzanır. Dayazlığı ilə seçilir. Qabarma zamanı suyunun səviyyəsi 2-3 metr qalxır. Buxta kapitan Serqeevin rəhbərliyi altında 1897-cu ildə tətqiq edilmişdir. Bundan sonra isə Sibir ilə İngiltərə arasında dəniz naviqasiyası təşkil edilmişdir. Hazırda sahilində Buxta-Naxodka qəsəbəsi yerləşir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. == Tarixi == Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibəti ilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.