Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşoka
Aşoka (e.ə. 304, Patna, Mauriya İmperiyası – e.ə. 232, Patna, Mauriya İmperiyası) — Mauriya sülaləsindən olan və demək olar ki, bütün Hindistan yarımqitəsini e.ə 268 və 232-ci illər arasında idarə etmiş Buddist monarx. Ara müharibələrindən sonra atasının taxt-tacını ələ keçirmişdir. Aşoka tayfa müharibələrini ittiham edən və birləşmiş dövləti təbliğ edən buddizmi qəbul etmişdi. Ucqar cənubdan başqa, demək olar ki, bütün Hindistan Aşokanın hakimiyyəti altında birləşdirilmişdi. Aşokanın hakimiyyəti illəri Hindistan mədəniyyətinin, memarlığının inkişafı, yazının yayılması dövrüdür. Aşokanın ölümündən sonra onun çarlığı dağılmışdır. == İstinadlar == == Mənbə == Rauf Məlikov, Nizami İbrahimov. "Məktəblinin tarix lüğəti", "Aşoka" məqaləsi.
Annovka (Baltas)
Annovka (rus. Анновка) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 71 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 90 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (50%) tatarlar (35%) üstünlük təşkil edir.
Tomoyasu Asaoka
Tomoyasu Asaoka (6 aprel 1962, Tokio[d] – 6 oktyabr 2021) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Aşoka (film, 2001)
Aşoka — 2001-ci ildə Sivanın rejissorluq etdiyi tarixi dram filmidir. Baş rolları Şahrux Xan və Kerina Kapur oynayır. Filmin prodüseri Şahrux Xan və Cühi Çavladır. Ssenaristlər Santoş Şivan və Saket Çaudharidir. Filmin gəlirinin az olmasına baxmayaraq, film tənqidçilərin rəğbətini qazandı. Filmə FilmFare Awards mükafatı təyin olundu. == Məzmun == Bu film Mauriya sülaləsindən olan Padşah Aşokanın həyatı barədədir. Hələ uşaq olarkən Aşoka hökmranlıq həvəsində idi. Atası isə kiçik oğlunun hökmdar olmasını, qan tökməsini istəmirdi. Ona görə də atasının ölümündən sonra hakimiyyətə onun böyük qardaşı gəldi.