Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağadost
Çatqıran, Ağadost — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan, Kotayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "müsəlmanların yaşadığı Çatqıran", Qafqazın 5 verstlik xəritəsində Cadqran, erməni mənbələrində həm də Çatıqran kimi qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində "Müsəlmanların yaşadığı Çatqıran kəndi" ifadəsi vardır 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. Yerli tələffüz forması Cadqırandır. 1590-cı ilə aid mənbədə də Cadqıran kimidir. 1590-cı ilə aid mənbədə Cadqıran kəndinin həm də Ağadost adlandığı göstərilir. 1727-ci ilə aid türkcə mənbədə Çatkıran kimi qeyd olunmuşdur == Toponimi == Toponim türk dilində "dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğanh, dərəli sıra dağlar", "iki çay arasında yer> mənasında işlənən çat sözü ilə türk dilində (əslən monqol dilinə mənsubdur) "çəpər, hasar", "düşərgə", "heyvanlar üçün ağıl", "yaşayış yeri", "alaçıq" mənasında işlənən kuren (>quran >qıran >qran) sözündən əmələ gəlib, "qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur.