Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məmməd Ağpolad
Məmməd Ağpolad və ya Məmməd Rzayev — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Gəncə və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 31 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Məmməd Rza oğlu Rzayev 1897-ci ildə Gəncə şəhərində İmamalı məhəlləsində anadan olub 1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olub. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlardan sonra, könüllü olaraq hərbi xidmətə gedib. 8 ay xidmət etdikdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Hərbi xidməti == === Azərbaycan Cümhuriyyətində === 1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci Topçu Tuqayının, 1-ci diviziyasının, 1-ci batareyasına təyin edilib. Hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilib. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.