Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Euphorbia ankaranae
Euphorbia ankaranae (lat. Euphorbia ankaranae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Uaskaran Milli Parkı
Uaskaran Milli Parkı (isp. Parque nacional Huascarán) — And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən milli park. Milli park həm də Dünya irsi statusuna malikdir. Perunun ən hündür zirvəsi olan Uaskaran dağı (6.768 metr) bu milli parkdadır. Milli parkda puya raymondi, puma, yaquar, vikunya, taruka, düzənlik tapiri kimi heyvan və bitki növləri yaşayır. Milli park zəngin faunaya sahibdir. Uaskarana Milli Parkı 1975-ci ildə Peru hökuməti tərəfindən flora və faunanı, geoloji quruluşları, arxeoloji qazıntı yerlərini (Çavin mədəniyyəti), təbiət mənzərəsini qorumaq, bölgənin mədəni və təbii ehtiyatlarını öyrənmək üçün yaradılmışdır. Milli parkı hər il xeyli turist ziyarət edir. 1985-ci ildə YUNESKO tərəfindən Unaskaran Milli Parkı Dünya irsi siyahısına salınmışdır. Uaskaran Milli Parkında hündürlüyü 2000–6000 metr olan xeyli sayda dağ vardır.