Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abazinlər
Abazin, Abazalar və ya Abaziniyalı(Abazin and Abxaz: Абаза; Çərkəz: Абазэхэр; rus. Абазины; türk. Abazalar; ərəb. أباظة‎) — Abxaz və çərkəz xalqları ilə sıx əlaqəli olan Şimal-Qərbi Qafqazda yaşayan etnik qrup. Əsasən Türkiyə, Misir və Rusiyanın Şimali Qafqaz bölgəsindəki Qaraçay-Çərkəz Respublikasında və Stavropol diyarında yaşayırlar. Abazinlərin bir qolu olan Tapantalar Kubanın yuxarı hissəsindəki Besleney və Kabardin knyazlıqları arasında yaşayırdı.. Abazinlər əvvəlcə Abxaziyanın qərb hissəsindəki Sadzen bölgəsində məskunlaşmış və 14–15-ci əsrlərdə Abxaziyadan Abaziniyaya köç etmişlər. Daha sonra 18–19-cu əsrlərdə keçmiş Osmanlı İmperiyasının müxtəlif bölgələrinə köç etdilər. 18-ci əsrin sonlarından etibarən onların hakim dini sünni İslamdır (Hənəfi). Abazin xalqı abxaz və çərkəz dillərinə çox yaxın, Şimal-qərb Qafqaz dillərindən olan abaza dilində danışır.
Afalinlər
Afalinlər (lat. Tursiops) — hazırda bu cinsə dörd növ daxildir: Afalina delfini (T. truncatus), Hind afalini (T. aduncus) və Avstraliya afalini (T. australis). Afalinlər ümumən delfinlər arasında ən məşhurlarıdır. Uzunluqları 2–4 metr, çəkiləri 150–650 kq arası dəyişir. Orta ömür müddəti 20 il, ancaq 40 ildən çox yaşada bilirlər. Onlar Kiçik Kosatkalarla çütləşə bilirlər. Nəticədə Hibrid olan Osadelfinlər doğulur. == Təsnifat == Afalin delfinlər Balinakimilər dəstəsinə daxildirlər. Son təsnifata görə cinsə üç növ daxildir. Afalina delfini (Tursiops truncatus) Uzaqşərq afalini (Tursiops truncatus gilli) — afalin yarımnövü olaraq Sakit okeanda yayılmışdır.