Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adenoviruslar
Adenoviruslar ( yun. aden – vəzi+viruslar ) – insanda yuxarı tənəffüs yollarının kəskin iltihabına, konyunktivit, enterokolit, viruslu pnevmoniya və s. xəstəliklərə səbəb olan virusların böyük bir qrupu. 50-yə yaxın tipi, o cümlədən insanda 32 tipi məlumdur. Zülal örtükdən və DNT-dən ( dezoksiribonuklein turşusu ) ibarətdir. Ölçüləri 70-90 mmk-dur Adenoviruslar xarici qişası olmayan ,təqribən 70-90 nm diametrli sadə quruluşlu viruslardır.252 kapsomerdən ibarətdir. Onların 240-ı hekson formada olur, onlar virionun səthində tillər əmələ gətirir.