Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Atmosferdə adiobatik proseslər
Atmosfer hadisələrinin tədqiqatında adiabatik proseslər vacib rol oynayırlar. Bu proses hava kütləsi daxilində termik tarazlığın, onun ölçülərinin və ya fəzada vəziyyətinin dəyişməsi hesabına baş verməsini müəyyənləşdirməyə imkan verir, yəni bu zaman hava kütləsinə kənardan heç bir istilik axını daxil olmur. Başqa sözlə, və daha sadə olaraq, belə deyə bilərik ki, ətraf mühitlə istilik mübadiləsi olmadan baş verən temperatur dəyişmələrinə adiabatik proseslər deyilir. Adiabatik prosesin temperatur dəyişmələri işin başa çatması səbəbindən baş verir. Adiabatik dəyişmələrdə, atmosferin bütün hissəcikləri bir-birindən təcrid edilir.
Diabetik koma
Diabetik koma — qanda tam və nisbi insulin çatışmazlığı nəticəsində şəkərin miqdarının normadan qat-qat artıq olması fonunda meydana çıxan huşsuzluq halı. Bu hal həyat üçün təhlükəli hal olub təcili stasionar müalicə tələb edir. 25% dabetik koma halı gizli sürən və ya şəkərli diabet aşkarlanmamış şəxslərdə rast gəlinir. İnsulin azlığı və ya onun mədəaltı vəzin quyruq payında yerləşən Langerhans adacıqlarında sintezinin pozulması qanda şəkərin miqdarının normadan qat-qat artıq olmasına səbəb olur. Orqanizmin toxuma və hüceyrələri enerji mənbəyi olan şəkəri (qlükozanı) məhz insulin hormonunun vasitəsilə mənimsəyə bilir. İnsulin çatmamazlığı toxuma və hüceyrələrdə şəkər "aclığına", buna cavab olaraq da karbohidrat və yağ mübadiləsinin - lipolizin pozulması, amin turşularının aminsizləşməsi: qanda qlükozanın və keton cisimlərinin konsentrasiyasının fizioloji təlabatdan qat-qat artıq olması və keton cisimlərinin utilizasiya olunmaması ketoasidoza bununla yanaşı toxuma və hüceyrələrdə natamam parçalanma (metobolizm) məhsullarının yığılması laktatasidoza səbəb olur. Diurezin artması öz növbəsində hiperosmolyar komanı törətmiş olur. Diabetik koma yaranma mexanizminə görə ketoasidoz və hiperosmolyar komalara bölünür. === Ketoasidoz mənşəyli diabetik koma === Ketoasidoz mənşəyli diabetik koma adətən I tip şəkərli diabetlərdə mütləq insulin çatmamazlığı ilə meydana çıxır. Bu zaman hüceyrələr enerji mənbəyi olan qlükozanı mənimsəyə bilmədiyindən, ehtiyac enerjini yağ və zülalların həddən ziyadə parçalanmasından olmağa çalışır.
Diabetik neyropatiya
Diabetik neyropatiya (q.yun. νεϋρον — "sinir" + q.yun. πάθος — "əzab, xəstəlik") — şəkərli diabetdə kiçik qan damarlarının zədələnməsi ilə əlaqəli sinir sisteminin pozğunluqları — yalnız iş qabiliyyətinin azalmasına deyil, həm də tez-tez baş verən ağırlaşmalardan biridir. Ağır əlillik hallarının yaranmasına və xəstələrin ölümünə səbəb olur. Patoloji proses bütün sinir liflərinə təsir göstərir. Müəyyən liflərin zədələnmə dərəcəsindən asılı olaraq müxtəlif növ diabetik neyropatiya müşahidə olunur: sensor (həssas), sensor-motor, avtonom. Eləcə də neyropatiyalar mərkəzi və periferik olaraq ayırd edilir. V. M. Prixojanın (1987) təsnifatına görə, beyin və onurğa beyninin zədələnməsi mərkəzi neyropatiya hesab olunur və müvafiq olaraq bölünür: kəskin komada mərkəzi sinir sisteminin disfunksiyası; beyin dövranının kəskin pozğunluqları; böyrək çatışmazlığında beynin yarımkəskin pozğunluqları (uremiya); nevroza bənzər (psixopatik) vəziyyətlər; diabetik ensefalopatiya; diabetik miyelopatiya. == Beyin qan dövranının pozulması == Şəkərli diabetin gedişatı fonunda beyin işemik insultunun inkişaf riski artır. Uzunmüddətli epidemioloji tədqiqatın nəticələrinə görə, 12 illik izləmə müddətində şəkərli diabet xəstələri arasında işemik insultun baş verməsi 1000 nəfərdən 62,3-ə çatır, halbuki əhalinin digər kateqoriyaları arasında bu hal hər 1000 nəfərə 32,7 nəfərdir.
Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. == İzahı == Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabat proseslər