Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerokirşə
Aerokirşə (rus. aэросани) — hava vintinin yaratdığı dartı qüvəsi ilə qar və ya buz üzərində hərəkət edən kirşə. Aerokirşə üç və ya dörd xizək üzərində dayanan gövdə, arxa hissəsindəki hava vintləri və onları hərəkətə gətirən mühərrikdən ibarətdir. Amfibiya-aerokirşədə xizək və onun üzərindəki kuzov xizəkşəkilli qayıqla əvəz edilmişdir ki, bu da buz üzərində, dayaz göl, bataqlıq, donmayan çay və s.-də hərəkət etməyə imkan verir. Qayıq-xizək arxa hissədəki şaquli sükanlarla idarə olunur. Mühərrikinin gücü 190 klovat olan aerokirşə və amfibiya-aerokirşənin sürəti qar üzərində 100 kilometr/saatdan çox, suda isə 80 kilometr/saata (amfibiya-aerokirşə) qədərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Zaloga, Steven J., James Grandsen (1984). Soviet Tanks and Combat Vehicles of World War Two, pp. 185–87, London: Arms and Armour Press. ISBN 0-85368-606-8.