Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avromeydan
Avromeydan (ukr. Євромайдан) — Kiyevdən 2013-cü ilin 21 noyabr tarixində başlamış kütləvi etiraz aksiyaları. == Adı == Avromeydan sözü əvvəl Tvitterdə həştəq şəkildə işlənilməyə başlayıb. Etirazların birinci günü ЄВРОМАЙДАН (@euromaidan) adlı Tvitter hesabı yaradılıb. Az sonra bu söz beynəlxalq KİV-lərdə işlənməyə başlayıb. Avromeydan Avropa (ukr. Європа) və meydan (ukr. майдан) sözlərin birləşməsidir. Avromeydan zamanı etirazçıların bir hissəsi həm başqa etirazçıları müdafiə etmək üçün, həm də özlərin etirazını ifadə etmək üçün öz maşınları istifadə edirdi və buna avtomeydan (ukr. Автомайдан) deyilirdi.