Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ailəcanlı (teleserial, 2017)
Ailəcanlı — Ramin Hacıyevin quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Sinopsis == Digər komediya janrında hazırlanan serial isə "Ailəcanlı"dır. Hadisələr bir internet telekanalından bəhs edir. Rejissor Ramin Haciyevin çəkdiyi serialda Xalq artisti Ramiz Novruz televiziya rəhbərini, Müşfiq Şahverdiyev onun kürəkənini canlandırır. Bundan başqa, serialda Elsevər Mehdizadə, Mələk Heydərova, rəqqasə Röya Əliyeva, Zümrüd Bədəlova və digər aktyorlar var.
Çiləxanlı
Çiləxanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Kəndin adı erməni mənbələrində Çilixanlı, Çinaxanlı, "İrəvan əyalətinin icmal dəftəri"ndə Çinəxan formasında qeyd edilmişdir. == Toponimi == Toponim muğanlı türk tayfasından ölan çilovxanlı ("çilovxanlı" nəsil adı danışıq dilinin qanunlarına uyğunlaşdınlaraq çiləxanlı formasına düşmüşdür) nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdirБудагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Чиләханлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с. XX əsrin əvvəllərinə aid mənbədə İrəvan qəzasında Çinəxanlu kimidir == Coğrafiyası və iqlimi == Ermənistan SSR Artaşat(Qəmərli) rayonunda Gərniçayın Araz çayına qovuşan yerində, yerləşmiş kənd.
Birinci Alıcanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.