Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sergey Karyakin
Sergey Karyakin (12 yanvar 1990, Simferopol, SSRİ[…]) — Ukraynada doğulmuş Rusiya qrosmeysterdir. O, 12 yaş 7 ayında ikən dünyanın ən gənc qrosmeysteri rekordunu qazanmışdır. Karjakin iki dəfə Norveç turnirinin (2013, 2014-cü illər) və bir dəfə Corus Chess turnirinin qalibi olmuşdur (2009-cu il). Sergey həmçinin 2012-ci il Sürətli Şahmat üzrə Dünya Çempionatının qalibi olmuşdur. Sergey üç dəfə Ukrayna, üç dəfə isə Rusiya komandaları tərkibində Olimpiada iştirakçısı olmuş, üç qızıl, iki gümüş, və bir bürünc medal qazanmışdır. O, 2013-cü il Antalyada keçirilən Komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının üzvü olmuşdur. Karakin Simferopolda anadan olub. Şahmat oynamağı beş yaşında olanda öyrənib və 11 yaş 11 aylığında IM ( beynəxalq usta) olur. 2001-ci ildə 12 yaşlılar arasında Dünya Çempionu olur. 2002 Fide Dünya Çempionluğu ərəfəsində Karyakin ilk dəfə Ukraynalı Ruslan Ponomariovun yerlisi olduğu üçün diqqəti çəkdi.
Yuri Karyakin
Yuri Fyodoroviç Karyakin (22 iyul 1930, Perm — 18 noyabr 2011, Moskva) — Sovet və Rusiyalı ədəbiyyatşünas, yazıçı, publisist və ictimai xadim. Fyodor Dostoyevskinin haqqında bir sıra işləri üçün bilinir. Rusiya, sən dəlirdin! (rus. Россия, ты одурела!) və Dırmığı tapdalamaq — milli idmanımızdı (rus. Наступать на грабли — наш национальный спорт) söyləmələrin müəllifi. Карякин Ю. Ф. и Плимак Е. Г. Мистер Кон исследует «русский дух». — М.: Соцэкгиз, 1961. Карякин Ю. Ф. и Плимак Е. Г. Запретная мысль обретает свободу. — М.: Наука, 1966.