Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akrobatlar
Akrobatlar — fransız rəssam Qustav Dorun 1874-cü ildə çəkdiyi rəsm işi. == Təsviri == Rəsmdəki işıq uşağa və anasına yönəlib. Faciənin baş verdiyi və hadisə ilə maraqlananların toplaşdığı yerlər - ümumi olaraq rəsmin fonu daha qaranlıqdır. Rəsm iki hissəyə bölünmüş kimi nəzərdən keçirilə bilər. Yuxarı sağ küncdən aşağı sol küncə gedən xəyali xətt görünür. Uşağın bədəninin pozisiyası da bu xətti izləyir və bu xətt uşağın solğun ağ bədəni ilə daha gücləndirilir. Akrobatik şousu göstərən zaman çox pis yaralanmış uşaq görünür. Qanın şiddəti və uşağın ağaqpaq rənginə baxanda ölümn qaçınılmaz görünür. Ana yas içində. Falçı olan ananın açdığı falda açdığı maça as kartı ölümü təmsil edir.
Akrobatik gimnastika
Akrobatik gimnastika — musiqi müşayiəti və xoreoqrafiya elementləri ilə cilalanmış hərəkətlərin tərəfdaşlıqla icra olunduğu qeyri-olimpiya idman növüdür. == Tarixi == Akrobatika çox qədim idman növüdür. Akrobatik hərəkətlərin motivləri antik dövrdəki qədim Yunan poemaları "İliada" və "Odisseya"da da öz əksini tapıb. Qədim Yunan teatrlarında Aristofanın komediyası göstərilən zaman (bizim eradan əvvəl IV əsrdə), fasilələrdə akrobatik elementlərdən ibarət məzhəkəli nömrələr göstərilirmiş. "Akrobat" termini yunanca "Akrobates" sözündən əmələ gəlmiş "yuxarı qalxan" mənasını verir. Akrobatika da cütlərlə və qrup halında çıxışlar olur: 1. Qadın cütlüyü 2. Kişi cütlüyü 3. Qadın qrupu (3 nəfər) 4. Kişi qrupu (4 nəfər) Hər çıxışın da qrupları var: 1.