Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aktinometriya
Aktinometriya — geofizikanın bir bölməsi; atmosferdə, hidrosferdə və Yer səthindəki şüalanmaları öyrənir. Dar mənada, aktinometriya meteorologiyada Yerin radiasiyasını ölçmə üsullarının məcmusudur. Yerdə və atmosferdə baş verən hadisələrin enerji mənbəyi Günəşdir. Aktinometriyanın əsas vəzifəsi Yer səthində və atmosferdə Günəş radiasiyasının, atmosferin radiasiya balansının ölçülməsi və tədqiqi, atmosfer, hidrosfer və Yer səthində şüa enerjisinin dəyişilməsini ölçən cihaz və üsulların işlənib hazırlanmasıdır. Aktinometriya atmosfer optikası, spektroskopiya, heliofizika, atmosferin yüksək təbəqələrinin fizikası və alçaq (yerüstü) təbəqələrin fizikası ilə əlaqədardır. Aktinometriyadakı təcrübi və nəzəri işlərin nəticələri iqlimşünaslıq, kənd təsərrüfatı, sənaye, tibb, memarlıq, nəqliyyat, aerologiya və meteorologiyada tətbiq edilir. Yerin süni peyklərinin buraxılması ilə əlaqədar aktinometriya xüsusilə böyük imkanlar əldə etmişdir. == Mənbə == Актинометрија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Sosiometriya
Sosiometriya (lat. sosietas cəmiyyət və yun. metreo ölçmək) – psixodiaqnostik metod. Qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların məcmuundan ibarətdir. Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Bu metodun köməyi ilə əldə edilmiş məlumatlar xüsusi sosiometrik cədvəl və sosioqramda əks etdirilməklə təhlil olunur. Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Asimmetriya
Asimmetriya — Çox vaxt vizual obyektlərə və təsviri sənətə münasibətdə istifadə olunur. Bədii yaradıcılıqda asimmetriya formalaşma və ya kompozisiyanın əsas vasitələrindən biri kimi çıxış edə bilər. Luis Paster, bioloji molekulların asimmetrik olduğunu irəli sürmüşdür, onun dövründə və indi fiziki proseslərin simmetriyası vurğulansa da, zamanından başlayaraq fundamental fiziki asimmetriyalar mövcud olduğu məlumdur. == Xarici keçidlər == Jan, Yuh-Nung; Yeh Jan, Lily. "Asymmetry across species". Nature Cell Biology. 1 (2). 1999: E42–E44. doi:10.1038/10036. PMID 10559895.