Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akvarel
Akvarel və ya sulu boya (fr. Aquarelle — sulu; it. acquarello) — canlı meymun texnikası. Su ilə birgə istifadə olunan akvarel boyaları incə piqmentli rənglər əmələ gətirməklə müxtəlif rəngkarlıq məqsədləri ilə, adətən kağız üzərində rəsmlər çəkmək üçün istifadə olunur..
Kvareli
Kvareli (gürc. ყვარელი) — Gürcüstanın şərqində, Kaxeti bölgəsində şəhər. 1964-cü ilə qədər qəsəbə statusunu daşıyırdı, o ildən sonra şəhər statusu verildi. Kaxetinin Kvareli bələdiyyəsinin mərkəzidir. Şəhər Alazan-Həftəran vadisində yerləşir. Kvareli şəhərinin sənayesi regionun kənd təsərrüfatı məhsullarını emal edən müəssisələrdən ibarətdir. Bundan başqa yerli xammalla işləyən kərpic zavodu da mövcud idi.İlya Çavçavadze, Konstantin Marcanişvili və Nikolay Çavçavadze kimi Gürcüstanın görkəmli şəxsləri bu şəhərdə anadan olmuşdular. Şəhər əhalisi getdikcə azalır, 2014-cu ilki siyahıyaalınmaya görə şəhərdə 7739 nəfər yaşayırdı, 1970-ci ildə bu rəqəm 9500-ə bərabər idi.
Kvareli bələdiyyəsi
Kvareli bələdiyyəsi (gürc. g.ə. ყვარლის მუნიციპალიტეტი, l.ə. kvarlis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Kvareli rayonu adlanırdı.