Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alçaldılmış və təhqir olunmuşlar
Alçaldılmış və təhqir olunmuşlar (rus. Униженные и оскорбленные) — Rusiya yazıçısı Fyodor Dostoyevskinin 1861-ci ildə nəşr edilən romanı. Fyodor Dostoyevskinin ən uğurlu əsərlərindən biri olan "Alçaldılmış və təhqir olunmuşlar"da, yazıçı digər romanlarında da etdiyi kimi ruh təhlil etmələrinə tez-tez yer vermiş, oxucunun xarakterlərin psixologiyasına bürünməsini təmin etmişdir. Romanda cəmiyyətdə həmişə alçaldılan və xor görülən insanların, nüfuzlu kəslərin eqoistcə hesabları arasında əzilmələri və sarsılmaları təsvir olunur. Dostoyevski seçdiyi sıravi, amma fövqəladə həyatlar, heyrət doğuran xarakterlər ilə oxucuda ürpərti qarışıq bir maraq doğurur. Yazıçı ustaca fantastikası, oxucunu sıxmayan izahatı ilə "Alçaldılmış və təhqir olunmuşlar"ı ən müvəffəqiyyətli romanlarından biri olaraq ədəbiyyat dünyasına qazandırmışdır. == Obrazlar == İvan Petroviç - baş qəhrəman. Əsərdə Vanya adı ilə anılır. Uşaqlıq dostu Nataşanı sevir. Nataşa Nikolayevna - Nikolay Sergeyeviçin və Anna Andreyevnanın qızıdır.