Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alətşünaslıq
Alətşünaslıq — musiqişünaslıqğın bir bölməsi olub, musiqi alətlərinin, onların konstruksiyasını, tembr və akustik xüsusiyyətlərini, o cümlədən növlərinin təsnifatının öyrənilməsi ilə məşğul olur. Qərbi Avropa tədqiqatlarının modelinə görə, bu elm sahəsi "orqanologiya" adlanır. Musiqi alətlərinin sistematik təsvirləri qədim dövrlərdən başlanmışdır ( Qədim Yunanıstanda Platonun, Aristoksenin , latın ənənəsində Sevilyalı İsidorun və başqalarının risalələrində qeyd olunur. Ərəb Şərqində musiqi alətlərinin təsnifatı və təsviri ilə Əl-Fərabi (X əsr) və Əbdülqadir Marağayi (XIV əsr) məşğul olmuşlar. Musiqi alətlərinin ilk sistematik və müfəssəl təsvirləri XVI və XVII əsrlərin alman musiqi nəzəriyyəçiləri tərəfindən verilmişdir. Onlar Sebastian Virdunqun ("Musica getuscht und ausgezogen..."), Martin Aqrikolanın "Musica instrumentalis deudsch" və Mixael Pretoriusun "Syntagma musicum" risalələridir. Rusiyada musiqi alətlərinin (o cümlədən, xalq çalğı alətləri) öyrənilməsinə Vladimir Odoyevski, D.İ.Rezvoy, Dmitri Yazıkov diqqət ayırmışdır. Musiqi alətlərinin sistematik öyrənilməsinə əhəmiyyətli dərəcədə tövhələri həm də fransız usta Viktor-Şarl Maiyon vermişdir. Müasir dövrdə işlənən Hornbostel-Zaks sistemi (musiqi alətlərinin təsnifatı sistemi) XX əsrin əvvəllərində Erix Morits fon Hornbostel və Kurt Zaks tərəfindən araşdırılmış və tərtib edilmişdir.
Alaşşünaslıq
Alaşşünaslıq (qaz. Алаш тану) — Alaş Partiyası, Alaş muxtariyyəti və Alaş Orda hökuməti anlayışlarını birləşdirən "Alaş" hərəkatının tarixşünaslığı. Müəllifləri Əhməd Baytursunov və Saken Seyfullin olan ilk nəşrlər 1919–1920-ci illərdə çıxmışdır. "Millətlərin həyatı" həftəlik qəzetində Baytursunovun "İnqilab və qazaxlar" məqaləsində qazax xalqını konsolidasiya etmək, 1917-ci il Oktyabr inqilabından sonra tüğyan edən anarxiyanı dayandırmaq məqsədi daşıyan "Alaş" hərəkatının yaranmasının səbəbləri açıqlanmış, bu, ilk dəfə təhlil edilmişdir. "Qırğız ziyalıları haqqında" məqaləsində Seyfullin hərəkatı sərt tənqid etmişdir. 1920-ci illərin əvvəllərindən başlayaraq mətbuat davamlı olaraq hərəkatın tərəfdarlarını və tənqidçilərinin yazılarını dərc edirdi. Əbdürrəhman Baygəldin "Şərqi Qırğızıstanda inqilabi hərəkat" məqaləsində və İsfəndiyar Kenjin "Qırğızıstanda inqilabi hərəkat" məqaləsində Alaş Ordanın tarixi mənalarının birmənalı şəkildə inkarına qarşı çıxmışdılar. 1925-ci ildə hərəkat iştirakçılarına qarşı təqiblər başlamışdır. 1929-cu ildə N. Martinenkonun "Alaşorda" kitabı nəşr olunmuş, burada "Alaş" hərəkatı mənfi müstəvidə qiymətləndirilmişdir. 1930–1932-ci illərdə "Alaş" hərəkatı fəallarına qarşı repressiyalar başlamış, 1937–1938-ci illərdə bir çoxları "xalq düşməni" kimi güllələnmişdir.
Alaşşünaslıq tədqiqat mərkəzi
Alaşşünaslıq tədqiqat mərkəzi — 2008-ci ildə Semey Dövlət Pedaqoji İnstitutu nəzdində yaradılmış tədqiqat mərkəzi. Mərkəzin yaradılmasına əsas kimi Semey şəhərinin sol hissəsinin XX əsrin əvvəllərində Alaş şəhəri olması və Alaş Orda tarixində xüsusi yer tutması göstərilirdi. Mərkəzin direktoru Şanbay Turdıkuldur. Mərkəzin müasir biliklərə əsaslanan sahə proqramı konkret elmi istiqamətlərlə sistemli və hərtərəfli müəyyənləşdirilmişdir. Mərkəzin fəaliyyətinin prioritet istiqaməti Alaş Orda xadimlərinin həyat və yaradıcılığını öyrənməkdir. Nəticədə 100 cildlik "Alaş kitabxanası" seriyası işıq üzü görmüşdür. İlk 10 kitab həmin il nəşr olunmuşdur. Mərkəzin konseptual istiqaməti "Alaş" ensiklopediyasının hazırlanmasıdır. Ensiklopediyanın lüğəti ətraflı hazırlanaraq ekspertlərin müzakirəsinə təqdim edilmişdir. Mərkəzin fundamental tədqiqat istiqaməti alaşşünaslığa dair silsilə elmi topluların formalaşdırılmasıdır.