Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alebastr
Alebastr — mineral, az sulu kalsium sulfat; gipsin xırda dənəli sıx növ müxtəlifliyi. Toz halınadək üyüdülmüş alebastr tikintidə, bədii əşyaların hazırlanmasında istifadə edilir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Alnaster viridis
Yaşıl qızılağac (lat. Alnus alnobetula) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü. Bu bitki iri kol, yaxud hündürlüyü 3–12 m olan və hətta yaşlı vaxtlarda belə hamar boz gövdəyə malik ağacdır. Uzunluğu 3-8 sm, eni 2-6 sm sm olan yaşıl, parlaq yarpaqlara malikdir. Çiçəkləri salxım şəkilli olub, yazın sonlarında yarpaqlar açdıqdan sonra açır. Erkəkcik salxımların uzunluğu 4-8 sm, dişicik salxımların uzunluğu 1 sm, eni 0,7 sm olur. Meyvəsi payızın sonlarında yetişir. Toxumları 1–2 mm uzunluğunda açıq qəhvəyi rəngdə olur. == Sinonimləri == Betula viridis Chaix Alnaster viridis (Chaix) Spach Semidopsis viridis (Chaix) Zumagl.
Syngnathus abaster
Xəzər iynəbalığı (lat. Syngnathus abaster) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin i̇ynəbalıqları fəsiləsinin adi dəniz iynəbalığı cinsinə aid heyvan növü. Xəzər dənizinin hər yerində yayılmışdır. Cənubi Xəzərdə çayların dənizə qarışan hissəsində yaşayır. İynəbalıq dəniz balığıdır, lakin şirin suda da yaşaya bilir. Uzunluğu 230 mm-dək olur, cinsi yetişkənliyə çatmış balıqların uzunluğu 90 mm-ə çatır. Dənizdə dəniz otu zosteraarasında şaquli vəziyyətdə yaşayır, Bədəninin rəngi yaşadığı mühitin -otların rəngində (yaşılımtıl-qonur) olduğundan çox çətin seçilir. İynə balıqlarının da çoxalması çox maraqlı keçir. May-iyun aylarında çoxalma ərəfəsində erkək balıqların qarın nahiyyəsində uzununa iki dəri qatı əmələ gəlir və açıq kisə (kamera) şəklini alır. Dişi balıqlar kürülərini bu kameraya tökür.
Alaştər
Alaştər – İranın Luristan ostanının şəhərlərindən və Silsilə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 77,306 nəfər və 12,033 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.