Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağcaqanad
Ağcaqanadlar (lat. Culicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Ağcaqanadlar tropiklərdən Arktikaya qədər (əksər rütubətli yerlərdə) bütün iqlim şəraitində yaşayırlar.Ağcaqanadların təxminən 3500 növü aşkar olunmuşdur. Azərbaycanda 6 cinsə mənsub 24 növü məlumdur. Bədəni uzunsov (3–10 mm), başı kiçik, ayaqları nazik və uzundur. Ağız orqanı xortum şəklində, sancıb-soran tiplidir. Bığları 15 buğumludur. Qanadları ensiz və 10 damarlıdır. Yumurtalarını suya qoyur. Sürfələri suda üzən ibtidai heyvanlar, bakteriya və yosunla qidalanır, suda puplaşır.
Adi ağcaqanad
Adi ağcaqanad (lat. Culex pipiens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinin əsl ağcaqanad cinsinə aid heyvan növü.
Əsl ağcaqanad
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.