Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alacüllüt
Alacüllüt (lat. Haematopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin alacüllütlər fəsiləsinə aid heyvan cinsi. == Təsnifatı == Azərbaycanda Alacüllüt cinsinə 1 növ daxildir: Sağsağanı alacüllüt (Haematopus ostralegus Linn., 1758) == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Alçagülü (rəqs)
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Alçagülü rəqsi
Alçagülü — Azərbaycanın milli rəqsi. 1910-1920-ci illərdə, Şamaxı rayonu Kalva kəndinin sakini Əli Kərimov tərəfindən yaranmışdır. Əsasən qadınlar oynayırlar. Tempi bir qədər cəlddir.
Sağsağanı alacüllüt
Sağsağanı alacüllüt (lat. Haematopus ostralegus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin alacüllüt cinsinə aid heyvan növü.
Pəriçınqıl Alagölü
Pəriçınqıl Alagölü — Laçın rayonu ərazisində göl. Ermənistanın Gorus rayonu ilə sərhəddə şirin sulu göldür. 2974 metr yüksəklikdə yerləşir. Vulkan mənşəli bu göldən mal-qaranın suvanlması üçün istifadə edilir. Ərazidəki Ala göllər qrupundan olan bir neçə göldən fərqləndirmək məqsədilə Pəriçınqıl dağının adından istifadə olunmuşdur.
Alıqulu
Alıqulu — Azərbaycan Respublikasının Laçın rayonu Pircahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Pircahan inzibati ərazi vahidində olan bu kənd Şəlvə çayının (Həkəri çayının qolu) sahilində, Mıxtökən silsiləsinin yamacındadır. Keçmiş adı Əliqulukənd olmuşdur. Əliqulular nəslinin adı ilə bağlıdır. Etnotoponimdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Mədəniyyəti == Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, qarışıq mallar mağazası, feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bundan əlavə Alıqulu kəndinin ətrafında "Yalkənd" adlanan dağın üstündə kiçik həcmli televizor ötürücü stansiyası fəaliyyət göstərirdi. Kəndin idarə və müəsisələri, 50-ə yaxın fərdi yaşayış evi telefonlaşdırılmışdır.
Ağaqulu Xudaquliyev
Ağaqulu Allahqulu oğlu Xudaquluyev (1917, Nərimankənd, Şamaxı qəzası – 8 noyabr 1991) — İkinci Dünya müharibəsinin iştirakçısı. Döyüşlərdə göstərdiyi şücaətə görə II və III dərəcəli "Şöhrət", Keniqsberqin və Berlinin alınmasına, Qafqazın müdafiəsinə görə və digər xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunmuş, SSRİ Baş Komandanı İosif Stalinin təşəkkür məktubunu almışdır. == Həyatı == 1917-ci ildə Azərbaycanın Qobustan şəhərinin (keçmiş Şamaxı rayon ərazisi) Nərimankənd kəndində anadan olmuşdur. 1938-ci ildə 7 illik məktəbi bitirmişdir. Hərbi xidmətə 1939-cu ildə çağrılmışdır. 1939-cu ildə Sovet-Fin müharibəsində iştirak etmişdir. Məşhur Mannerheym müdafiə xəttinin alınmasında artilleriya qüvvələrinin sıralarında iştirak etmiş və fərqlənmişdir. 1940-cı ildə SSRİ Qızıl ordu sıralarından tərxis olunmuşdur. 1941-ci ilin 22 iyun tarixində İkinci Dünya müharibəsinin başlanması ilə yenidən ordu sıralarına çağırılmışdır, artilleriyaçı kimi iştirak etmişdir. İkinci Dünya müharibəsində döyüşlərə Şimali Qafqazda, Mozdokdan başlayıb.
Ağaqulu Xudaquluyev

Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.