Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaqurşaq
Alaqurşaq, Alaqurşaqlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi şotlanlı tayfası tərəfindən Alaqurşaq yeri adlı sahədə salınmışdır. Oykonim ala (rəng) və qurşaq (kəmər, zolaq) sözlərindən düzəlib, "ala rəngli zolaqda olan kənd" deməkdir. == Tarixi == 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Alaqurşaq kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Alaqurşaq Qubadlı rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Alaqurşaq kəndi Həkəri çayının sahilindədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.