Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Allergen
Allergen - (yunan: "allos" - başqa. yad; "ergon" - təsir) müxtəlif antigenlərə (bitki tozcuqları, ev tozu, müxtəlif yeməklər, dərman preparatları və b.) orqanizmin yüksək həssaslıqla göstərdiyi ümumi cavab reaksiyası. İnsanlar arasında geniş yayılmışdır. Məməli heyvanlarda da rast gəlinir. İmmunitetin patoloji halı kimi qəbul olunur. === Mənbə === "Biologiya lüğəti" kitabı, səh. 56, 2011, Bakı, "Çaşıoğlu" mətbəəsi.
İzabel Allend
İzabel Alyende Lyona (isp. Isabel Allende Llona; 2 avqust 1942[…], Lima) — Çilili yazıçı. == Həyatı == Çilinin Perudakı səfirliyində ikinci katib işləyən atası Tomas Alyende və Fransiska Yona Barrosun evliliyindən doğulan İzabel Alyende 1942-ci ildə Limada anadan olmuşdur. Atası Tomas Alyende 1970–1973-cü illərdə Çili prezident olmuş Salvador Alyendenin əmisi oğlu olmuşdur. 1945-ci ildə valideynləri boşanmış və anası 1946-cı ildən 1953-cü ilə qədər üç uşağı ilə birgə Çili yaşamışdır. 1953-cü ildə anası diplomat Ramon Uidobro Dominqez ilə evlənmiş və atalığının işi ilə əlaqədar olaraq 1958-ci ilə qədər Boliviyada yaşamışdır. Burada o ABŞ məktəbində təhsil almışdır. Ramon Dominqezin Livana səfir göndərilməyindən sonra təhsilini həmin öldəkə özəl məktəbdə davam etdirmişdir. 1959-cu ildə, 17 yaşında ikən Çiliyə dönən İzabel burada 4 il sonra evlənəcəyi birinci əri Miqel Frias ilə tanış olur. 1987-ci ilə qədər davam edən bu evlilikdən, Paula (1963) və Nikolas (1967) adlı övladları dünyaya gəlmişdir.
East Midland Allied Press
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Alleqro
Alleqro (it. allegro — cəld, canli, çevik) — Klassik rəqs dərsində, kiçik hoppanmalardan ibarət ortada gələn, çalışmanın yekun hissəsi. Musiqili ötürmələrdə beş əsas dərəcəli hərəkət templəri içində (largo, andante, moderato, allegro, presto) alleqro dördüncü yerdə gəlir.
Alleqra Lapi
Alleqra Lapi (d. 8 sentyabr 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Alleqra Lapi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Alleqro (film, 2005)
Alleqro—2005-ci ildə çəkilən Danimarka filmi. == Məzmunu == Əvvəlcə sizə bir qədər filmin rejissoru Kristoffer haqqında məlumat verək. Bu rejissor özünəməxsus dəstxətti və psixoloji müəllif filmləri çəkməsi ilə tanınır. Böyük kinoya qısametrajlı filmlərlə gələn rejissor "Yenidənqurma" (Reconstruction) filmi ilə məşhurlaşıb. Az büdcə ilə gözəl sənət əsərləri yaratmağa qadirdi. Filmləri gərgin psixoloji aura və monoxron effektli operator işi ilə seçilir. Kameranın daim hərəkətdə olması DOQME, xüsusən Lars Von Trier üslubunu xatırladır. Bu filmi də nağıl kimi danışan kəs var tamaşaçıya. Bu dəfə qəhrəman pianoçu Zetterströmdür. Zetterström Andrea adlı bir qadına aşiqdir.