Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəbrayıl Məmmədov (allerqoloq)
Cəbrayıl Məmmədov (1 iyun 1946, Şükürbəyli, Cəbrayıl rayonu) — Azərbaycan Tibb Universitetinin “Terapevtik və pediatrik propedevtika” kafedrasının professoru, Respublikanın baş allerqoloqu, Tibb elmləri doktoru. == Həyatı == Məmmədov Cəbrayıl Teymur oğlu 01 iyun 1946-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə - profilaktika fakultəsini bitirib. 1969-1972-ci illərdə Cəbrayıl rayonunda kənd xəstəxanasının baş həkimi işləmişdir. 1973-cü ildə ATİ-nin II daxili xəstəliklərin propedevtikası kafedrasında baş laborant, 1974-cü ildə assistent, sonradan dosent, professor işləmişdir. 1989- cu il tarixdən 11.VII.2013-cü il tarixə kimi II daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli 10 saylı qərarına əsasən “I Daxili xəstəliklərin propedevtikası”, “II Daxili xəstəliklərin propedevtikası” və “Uşaq xəstəliklərinin propedevtikası” kafedraları birləşdirilərək onların bazasında “Terapevtik və pediatrik propedevtika” kafedrası yaradılmış və müsabiqə yolu ilə 8.X.2013-cü il tarixdən kafedrada professor vəzifəsinə təyin edilmişdir 2000-ci ildə Respublikanın «Əməkdar həkimi», 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür. 1979-cu ildə Tbilisidə "Allerqologiya və İmmunologiya" ixtisası üzrə tibb elmləri namizədi adı almış, 1985-89-cu illərdə Leninqrad şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə tibb elmləri doktoru, 1991-ci ildə isə professor adı almışdır. Rəhbərliyi altında1996-2012-ci illər arasında 7 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru adı almış və hal-hazırda 2 nəfər fəlsəfə elmləri doktoru, 1 nəfər isə doktorluq dissertasiyası üzərində çalışır.