Avtomorf səhra torpaqları
Avtomorf səhra torpaqları — relyefin yüksək düzənliklərində formalaşmış profili yaxşı inkişaf etmiş boz-qonur torpaqlar. Bu torpaqların xarakterik əlamətlərindən biri səthinin qaysaqlı olması və humus horizontunun zəif ifadə olunmasıdır. Bu horizont tədricən bərkimiş, yüksək dispersliyi ilə fərqlənən qatda əvəz olunur. Boz-qonur torpaqlarda qaysağın yaranması mineral və üzvi hissənin yüksək dispersliliyi və torpaqların hidrotermik rejimindəki kontraslılıqla əlaqədardır. Torpaqların yüksək dispersliliyinə səbəb torpaq məhlulunun qələvi reaksiyasıdır. Qələvilik yovşanlı-şoranlı bitkilərin minerallaşması zamanı natrium karbonatlarının və biokarbonatların yaranması ilə əlaqədardır.
== Morfoloji əlamətləri ==
Üstyurd platosunun mərkəzi hissəsində tipik boz-qonur torpaqlar aşağıdakı strukturluğa malikdir:
Ak horizontu — qaysaqlı qat poliqonal elementlərə malikdir, qalınlığı 3–6 sm-dir.
A horizontu — humus, boz-qonur rəngdə. Yuxarı hissəsində köklər zəif, aşağıya doğru yumşaq olduğundan yaxşı inkişaf edir. Qalınlığı 10–15 sm.