Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adiabla
Adiabla (q.yun. Αδιαβλα) — Qafqaz Albaniyasında yaşayış məntəqəsi. Yunan coğrafiyaşünası Ptolemey (II əsr) "Coğrafi təlimnamə" əsərində Adiablanın Kürün şimal qollarından biri ilə Alban çayı arasında olduğunu göstərmişdir. XIX əsrin əvvəllərində Yanovski qeyd etmişdir ki, Adiabla meşədə, ehtimal ki, Şəkinin qərb sərhədi yaxınlığındakı xarabalıqların yerində idi. Muravyova görə, Adiabla Azərbaycanın Zaqatala rayonundakı indiki Əliabad qəsəbəsinin yerində yerləşirdi.