Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anemometr
ANEMOMETR – küləyin və qaz axınlarının sürətini ölçən cihaz. Küləyin sürəti fırlanğıcın dövrlər sayı ilə (Fuss Anemometri), manometrik (Pito borusu) və termoelektrik üsulla ölçülür. Əl Anemometrindən, anemoqrafdan və anemorumbometrdən daha cox istifadə edilir. Anemoqraf küləyin sürətini fasiləsiz qeyd etmək, anerorumbometr isə küləyin istiqamətini təyin etmək üçundur. Anemometrin əsas növləri qanadlı, fincanlı və manometrik Anemometrdir. Qanadlı Anemometr ventilyasiya sisteminin boru və kanallarında havanın istiqamətlənmiş axın sürətini; fincanlı Anemometr küləyin orta (müəyyən zaman intervalında) sürətini; manometrik Anemometr küləyin ani sürətini təyin etmək üçündür. Külək sürətinin təhlükəli təsirini və ani şiddətinin davametmə müddətini müəyyənləşdirmək və bununla əlaqədar gözlənilən qəzaya qarşı uyğun qurğuları işə salmaq üçün siqnal qurğulu avtomatik Anemometrlərdən də istifadə edilir. Ölçmə xətası 0,05–0,1 m/saniyyədir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Areometr
Areometr — (yun. άραιός – zəif, sıx olmayan; burada – maye + metr) – maye (bəzən də bərk) cismlərin sıxlığını, məhlulların qatılığını (konsentrasiyasını) təyin edən cihaz. Areomet ölçmə üçün mayeyə daldırılan üzgəc tipli sıxlıq ölçənlərə aiddir. İş prinsipi Arximed qanununa əsaslanır. Şkalalı borucuq şəklində olan üzgəc ölçmə aparmaq üçün tədqiq olunan mayeyə daldırılır. Üzgəcin dalma dərinliyinə (onun sıxışdırıb çıxardığı mayenin həcminə) və çəkisinə görə mayenin sıxlığı təyin edilir; mayenin sıxlığı az olduqca dalma dərinliyi böyük olur. Təcrübədə sabit çəki areometri daha çox işlədilir və sabit həcm areometri tətbiq edilir. Sabitçəki areometrlərinə şkalası sıxlıq vahidləri ilə dərəcələnmiş densimetrlər və məhlulun konsentrasiyasını ölçmək üçün şkalası həcm, yaxud kütlə %-inə dərəcələnmiş areometrlər aid dir. Bir çox mayelərin sıxlığının temprdan asılılığını nəzərə alaraq bəzi areometrlərin termometri də olur. Maye və qatışıq məhlullarda sıxlığı və qatılığı ölçən areometrlərə müxtəlif adlar verilir: məs, laktodensimetr südün yağlılığını, spirtölçən suda olan spirtin miqdarını, şəkərölçən şirələrdəki şəkərin miqdarını təyin edir.