Praskoya Anqelina
Praskovya "Paşa" Nikitiçna Anqelina (rus. Праско́вья Ники́тична Анге́лина; 30 dekabr 1912 (12 yanvar 1913), Starobeşeve[d], Yekaterinoslav quberniyası, Rusiya imperiyası – 21 yanvar 1959, Moskva) — SSRİ Ali Sovetinin I-V çağırışlarının deputatı, Staxanovçu. O, SSRİ-də ilk qadın traktorçulardan biri kimi tanınırdı və texniki sahədə təhsili olan qadın sovet işçisinin simvolu kimi məşhurlaşmışdı.
Anqelina Donetsk vilayətinin Starobeşeve kəndində, yunan kəndli ailəsində anadan olub. Onun atası təsərrüfat işçisi idi, anası isə daxmaları əhənglə boyayırdı.
Anqelina 1929-cu ildə traktorçuluq kurslarına getməyə başlayıb. O 1933-cü ildə sadəcə qadınlardan ibarət traktor briqadası təşkil etmiş və bu briqada verilmiş kvotanın 129%-ni yerinə yetirərək rayonun traktor komandaları arasında birinci olmuşdur. Anqelina bununla da məşhur olmuş, mediada önə çıxmış və təbliğat afişalarında təsvir edilməyə başlamışdır.
1935-ci ildə Kremldə partiya və dövlət rəhbərləri ilə konferasda iştirak etmiş "Kənd Təsərrüfatı Əməyi Çempionları" sırasında Praskoya Anqelina da var idi. O həmin konfransda öz rayonunda qadınlardan ibarət daha 10 traktor dəstəsi təşkil edəcəyini rəsmən vəd etmişdir.