Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qulaqlıq
Qulaqlıq — Radio, musiqi dinləmək üçün qulaqlara keçirilən cihaz. Baş Üçün Qulaqlıq ing. Headphones bu qulaqlıq ümumiyyətlə kompüterlər üçün istifadə edilir. Çox yer tutduğundan və portativ olmadığına görə mobil cihazlarda çox üstünlük verilmir. Qulaqlıq firmaları bu problemi həll etmək üçün qulaqlıqlara qatlanma və dönmə xüsusiyyətləri əlavə edir. Bundan başqa, qulaqlıqlar səsyazmalar üçün də istifadə olunurlar. "qulaqlıqlar" adı "baş telefonlar" termininin danışıq sinonimidir. "telefon" adı (telephone, yunan. tele — uzağa, uzaqda, və phone — səs) ilk dəfə hələ Filipp Reysi (Philipp Reis) 1861-ci ildə tətbiq etdi. Amma birinci radioqəbuledicilərdən birində 1899-cu ildə, yaradılmışlar.
Analıq medalı
Analıq medalı - SSRİ Ali Sovetinin 8 iyul 1944-cü il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. == Qalereya == == Xarici keçidlər == Медаль Материнства.
Surroqat analıq
Surroqat analıq — başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulması. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositlər) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin nəzərdə tutulan ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur. Surroqat ana ilk dəfə 1986-cı ildə ABŞ-da genetik olaraq övladı olmayan uşağı dünyaya gətirib.